Şarl Bodlerin intihar öncəsi yazdığı məktub hərracda 234 min avroya satılıb

 

Şair Şarl Bodlerin (1821-1867) intihara cəhddən öncə yazdığı məktub Fransada keçirilən hərracda 234 min avroya satılıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "Osenat” satış evinin təşkil etdiyi hərrac Parisin cənubundakı Fontenblo şəhərində keçirilib.

Şair həmin məktubu 24 yaşında - 1845-ci ilin iyun ayında qələmə alıb və onu Haitidən olan məşuqəsi aktrisa və rəqqasə Janna Düvala ünvanlayıb. "Madmazel Janna Lemer bu məktubu sizə verəndə, mən həyatda olmayacağam. Mən artıq yaşaya bilmədiyim üçün intihar edirəm, çünki yuxuya getdiyim və oyandığım yorğunluğa dözə bilmirəm”, - Bodler məktubunda belə yazıb.

Lakin Şarl Bodlerin intihar cəhdi baş tutmur. O, bu hadisədən sonra 22 il də ömür sürür.

Mütəxəssislər məktubun 60-80 min avroya satılacağını güman edirdilər. Yeddi dəqiqəlik hərracdan sonra şairin məktubu adının gizli qalmasını istəyən fransalı kolleksiyaçı tərəfindən alınıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300