Rusiya paytaxtında milyarder atəşə tutulub

 

Fransa prezidenti ümumi Avropa ordusunu yaratmağı təklif edib

Adı "Forbes”un milyarderlər siyahısında yer alan biznesmen Oleq Burlakovun avtomobili Moskvada naməlum şəxslər tərəfindən atəşə tutulub.

Bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb. Belə ki, biznesmen özü polisə müraciət edərək hadisə barədə məlumat verib.

Onun sözlərinə görə, hadisə noyabrın 3-də axşam saatlarında baş verib. Biznesmen özünəməxsus "Cadillac Escalade” avtomobilində olarkən qəflətən maşına yaxınlaşan şəxs onu səsləyib. Avtomobilin şüşəsini aşağı salan O.Burlakov atəşə tutulub. Xoşbəxtlikdən, güllə ona deyil, avtomobilin korpusuna dəyib.

Fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

69 yaşlı Oleq Burlakov "Forbes” jurnalının "Rusiyanın 200 ən zəngin biznesmeni" siyahısında 158-ci yeri tutur. Onun varidatı 650 milyon dollar civarındadır. "Stroylesbank" biznesmenin əsas aktividir.

"Forbes”un qeyd etdiyi kimi, dünyada ən böyük yaxtalardan biri O.Burlakova məxsusdur. 106 metrlik yelkənli "Qara mirvari"nin dəyəri təxminən 250 milyon avro təşkil edir.(Virtualaz.org)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300