İrana qarşı sanksiyalar:neftdən başqa nə bahalaşa bilər...

 

ABŞ-ın İrana qarşı dünəndən etibarən təkrar qüvvəyə minən sərt sanksiyalarının ilkin təsirləri yumşaqdır.

Virtualaz.org xəbər verir ki, bu haqda "The New York Times” qəzeti yazır. Belə ki, neft son həftələr ucuzlaşmağa başlamışdı, hətta üfüqdə sanksiyalar görünəndə belə.

Son sanksiyaların hədəfi İranın neft ixracını azaltmaqdır, amma İranla biznes qurmuş beynəlxalq gəmiçilik şirkətləri, banklar, sığortaçılar, liman operatorları da hədəfdədir.Vaşinqton Tehranla ticarət edən şirkətləri Amerika maliyyə sistemindən çıxarmaqla hədələyib. Səkkiz ölkəyə, İran neftinin böyük alıcıları daxil, güzəştlər olunsa da, bunun müvəqqəti xarakter daşıdığı vurğulanıb.

"Yeni sanksiyaların Tehrana bir mesajı var: Ya yolunuzu dəyişin, ya da bunun fəsadları ilə üzləşəcəksiniz”,– ABŞ-ın enerji naziriRik Perri "The Wall Street Journal”da məqaləsində yazıb.

Enerji ekspertlərinin çoxu sanksiyalar ucbatından neftin qiymətinin sıçrayacağını gözləyirdilər. Obama administrasiyası 2011 və 2012-ci illərdə Tehranı nüvə danışıqları masasına gətirmək üçün sanksiyalar tətbiq edəndə neftin bareli 100 dolları keçmişdi. İndi isə neftin barelinin qiyməti 73 dollar səviyyəsindədir. Bu, ötən aykından 10 dollar


 

Lakin ötən yaz İran günə 2,4 milyon barel neft ixrac edirdisə, indi bu göstərici 1,3 milyon barrelə düşüb. Banyan Hill maliyyə tədqiqatı firmasının aparıcı təhlilçisi Matt Badiali-nin proqnozuna görə, sanksiyalar gələn il ərzində gündəlik ixracı daha 900 min barel azaldacaq.Yəni, sanksiyalar qlobal neft təchizatını 2 faiz salacaq.

BAŞQA NƏ BAHALANA BİLƏR?

İranın itirdiyi neft çəlləkləri isə Birləşmiş Ştatlar, Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən kompensasiya olunmaqdadır. ABŞ və Rusiya hərəyə günə 11,3 milyon barreldən də çox neft hasil edirlər.

Müəllif sanksiyalardan sürücülərin elə də böyük ağrı hiss etmədiyini yazır.Bazar ertəsi adi benzinin qalonu 2,76 dollar olub, yəni ötən həftədən 5 sent ucuz, bir ay öncəkindən isə 15 sent ucuz. Ancaq bəzi ekspertlərin fikrincə, zamanla neft təchizatı azalacaq, özəlliklə də gələn yay sürücülük mövsümü zamanı qiymət bahalanacaq. Benzinin bahalanması aviasiya yanacağının da qiymətinin qalxması deməkdir və bu da səyahətçilərə təsirsiz ötüşməyəcək.Bundan başqa plastik materiallar, təbii qaz və elektrik tarifləri də qalxa bilər.

DİGƏR AMİLLƏR


 

Məqalədə deyilir ki, İranın sanksiyalara necə reaksiya verəcəyindən, Kürdüstan və Türkiyədən nefti qaçaqmal yoluyla keçirmək bacarığından çox şey asılıdır. İran Fars Körfəzindən gələn neftin əsas nəqliyyat yolu olan Hörmüz boğazını bağlamaqla hədələyərsə, qiymətlər qalxacaq. Səudiyyə Ərəbistanı, yaxud İsrailə qarşı hər hansı hərbi hərəkət, yaxud kiberhücum da oxşar nəticə göstərər. Yəməndə münaqişənin qızışması neft nəqlinin digər nöqtələrinə də təhlükə yarada bilər.

Bəzi ekspertlərin fikrincə, neftin bahalanmasını önləmək üçün dünyada yetərincə neft təchizatı var.

Saudi Aramco-nun keçmiş vitse-prezidentiSadad Ibrahim al-Husseinideyir ki, İrana sanksiyaların neftin qiymətinə heç bir təsiri olmayacaq."OPEC daxilindən və Rusiyadan yeni təchizat gəlir, Braziliyada mərhələli ofşor hasilat, şist nefti gələn illər ərzində neftə tələbatın istənilən səviyyəsini ödəyəcək”, – o deyib.

Barclaystəhlilçilərinin proqnozuna görə, Brent neftinin bareli gələn il ortalama 72 dollara, yəni indiki həddə yaxın satılacaq. Qərbdə bəzi başqa ekspertlərsə qiymətin bundan baha olacağını deyir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300