Gömrük işçisi: "50 manat bas rəisin cibinə, ya da intihar elə”

 

Sosial şəbəkələrin Azərbaycan seqmentində yayılmış videoyazıdan göründüyü kimi, Dövlət Gömrük Komitəsinin Biləsuvar nəzarət-buraxılış məntəqəsinin əməkdaşları vətəndaşlardan rüşvət tələb edirlər.

Videoyazıda kişinin rüşvət ödəməkdən imtina etməsinə və onun Azərbaycan vətəndaşı kimi gömrük nəzarətindən maneəsiz keçmək üçün nə etməli olması barədə sualına əməkdaşlar həyasızcasına intihar etməyi məsləhət görürlər. Sonra isə rəisə 50 manat rüşvət verməyi tələb edirlər.

Vətəndaşların bildirdiyinə görə, onlar gecədən növbə tutmalı olurlar ki, Biləsuvar nəzarət-buraxılış məntəqəsində gömrük baxışından keçsinlər. Gömrük işçiləri rüşvət tələb edir, bunu ödəmək istəməyənlər isə təhqir olunurlar. İnsanlar onu da bildirirlər ki, Azərbaycan vətəndaşlarına münasibətdə İran gömrükçüləri də özlərini olduqca kobud aparırlar.//virtualaz.org

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300