Sabirabadda seçki və saxtakarlıq başladı- YENİLƏNİR, FOTOLAR

 

Ölkə ərazisində parlament seçkiləri başlayıb. 63 saylı Sabirabad Seçki Dairəsində seçki başlamadan saxtakarlığa cəhdlər edilir. Musavat.com-un Sabirabada ezam olunmuş müxbirinin verdiyi məlumata görə, namizəd Pənah Hüseyn səhər tezdən seçki məntəqələrindən şikayətlər gəlməkdədir. Belə ki, əksər mənqələrdə sədrlər seçki bülletenlərini başqa otaqda seyfdə saxlayırlar. Həmçinin bəzi məntəqələrdə bülletenlər sayılmayıb. Üstəlik, bəzi məntəqələrdə seçki başlamadan kənar şəxslər olub.

Saat 14 radələrində 13 saylı məntəqədən P.Hüseynin müşahidəçiləri və məşvərətçi səs hüquqlu komissiya üzvləri çıxaılıb. Bundan sonra qapı bağlanaaq yarım saat ərzində sədrin rəhbərliyi ilə qutulara bülletenlər doldurulub. Çıxarılan müşahidəçilər idmançı görkəmli şəxslər tərəfindən qorxudulub. Onların YAP-ın rayon təşkilatının sədri Nadir Quliyevin tapşırığı ilə hərəkət etdiyi bildirilir. Elçin Quliyevin səlahiyyətli nümayəndəsi olan N.Quliyev gün ərzində bir neçə dəfə həmin məntəqəyə gəlib və hər dəfə mübahisə yaradıb.

Həmin məntəqədə P.Hüseynin müşahidəçiləri və məşvərətçi səs hüquqlu komissiya üzvü çıxarılanadək 270 nəfərin səs verdiyi bildirilir. P.Hüseyn əməkdaşımıza bildirib ki, bütün məntəqələrdə artıq müşahidəçilər çıxarılır və komissiya üzvləri qutulara bülleten doldururlar. 
"MSK-nın məlumatına görə, 63 saylı dairədə saat 10-da 5574 seçici, 12-də isə 11439 seçici səs verib. Bizim müşahidəçilərin açıqladığı rəqəmlər isə dəfələrlə azdır. Saat 10-a 2600, 12-yə isə 5700 seçici gəlib”,- deyə P.Hüseyn qeyd edib.

13 saylı məntəqədə saat 14 radələrində özünü "sokzavod”un rəhbəri Əlabbas Şıxəliyevin qardaşı və oğlu kimi təqdim edən şəxslər P.Hüseynə hücum ediblər. Bu, həmin məntəqədə gün ərzində baş verən neçənci qalmaqallı vəziyyətdir. Ona görə də namizəd məntəqənin nəticələrinin ləğv ediləcəyini istisna etmir. Bu məntəqə P.Hüseynin YAP-dan olan rəqibi Elçin Quliyevin səs verdiyi məntəqədir. 


***
12.30

Saat 12.00-a olan seçici sayı da əksər məntəqələrdə açıqlanmayıb. DSK-nın elan etdiyi rəqəmlər isə P.Hüseynin müşahidəçilərinin apardığı rəqəmlərdən kəskin fərqlənir. P.Hüseynin sözlərinə görə, məntəqələr DSK-nın əvvəlcədən müəyyənlədirdiyi qrafikdəki rəqəmlərə əsasən, məlumat ötürürlər: "Həmçinin ola bilsin ki, DSK məntəqələrdən məlumat almadan, özü seçici sayı açıqlayır. Məsələn, 26 saylı məntəqədə 12-yə olan məlumatlat 10 dəqiqə tez açıqlanıb. Məntəqə sədri 11.50-də dedi ki, 12-yə olan rəqəmlər 180 seçicidir. Az sonra say artırıldı və 220 nəfər deyildi. Halbuki bura az sayda seçicisi olan məntəqədir və indi açıqlanan rəqəmlər o deməkdir ki, saat 12-yə 50 faizə yaxın seçici gəlib. Bu, qətiyyən inandırıcı ola bilməz. Rəqəmlər aasındakı fərqi açıq görmək olar. Görünür, fərqi azaltmaq üçün topa bülletenlərin atılması lazım gələcək. Artıq bəzi məntəqələrdə bununla bağlı məlumatlar gəlməkdədir”.

***
10.50

17 saylı seçki məntəqəsində müşahidəçilər P.Hüseynə bildiriblər ki, 12 bülleten topa halda atılıb. Onlar bülleten atan şəxsin bunu etiraf etdiyini və faktın aktlaşdırıldığını da bildiriblər. Məntəqə sədri isə saat 10.00-a olan seçici sayını açıqlamaqdan imtina edib. Ümumiyyətlə, əksər məntəqələr saat 10.00-a olan seçici sayını açıqlamaqdan imtina ediblər. Müşahidəçilərə heç bir məlumat verilmir. 

Səsverməyə gələn seçici sayı DSK tərəfindən açıqlanan rəqəmlərlə P.Hüseynin müşahidəçilərinin verdiyi rəqəmlərlə çox fərqlidir. Rəsmi rəqəmlər bir neçə dəfə çoxdur.


***
10.20

YAP-ın rayon təşkilatının sədri Nadiq Quliyev 13-cü məntəqədə bir qrup şəxsi öyrədərək qarışıqlıq yaratmağa cəhd edib. Həmçinin məntəqə sədrinin otağında iki polisin gizlincə akt yazdığı aşkara çıxıb və P.Hüseyn buna da etirazını bildirib. Sədr isə deyib ki, o, məntəqədə sakitlik yaratmaq üçün polis çağırıb. O, bildirib ki, YAP-ın namizədi Elçin Quliyevin səlahiyyətli nümayəndəsi olduğunu bildirib. 13-cü məntəqədə karusel əməliyyatı həyata keçirildiyi məlum olub və mübahisə yaranıb. Bir neçə nəfər P.Hüseynə hücum çəkib və polis də bunu seyr edib. Məntəqənin yanında və içəridə baş verən mübahisələr zamanı bir neçə nəfər problrm yaratmağa, olayı şişirtməyə çalışıblar. Polislər isə P.Hüseynin üzərinə hücum çəkən şəxsləri aralamadan hadisələrə seyrçi olublar. 

***
09.22

Müxbirlərimizin verdiyi məlumata görə, hələlik seçici aktivliyi çox zəifdir. Lakin saatlar keçdikcə bu aktivliyin artacağı da istisna edilmir.

Bundan başqa, reportyorumuz bildirir ki, seçkilərin başlamasından 1 saatdan da az vaxt keçməsinə baxmayaraq, rayonun müxtəlif məntəqələrində artıq qayda pozuntuları müşahidə olunmaqdadır. Belə ki, 14 saylı seçki məntəqəsində mürəkkəbin sol yox, sağ əlin baş barmağına vurulması müşahidə olunub. 

Müşahidəçilərin müdaxiləsindən sonra qayda pozuntusu aradan qaldırılıb.

***
07.50

Namizəd P.Hüseyn bir neçə məntəqədə olaraq vəziyyətlə maraqlanıb. Məlum olub ki, 7 saylı məntəqədə sədr bülletenlərin əksəriyyətini başqa otaqda seyfdə saxlayıb. Sədr müşahidəçilərin etirazına əhəmiyyət verməyib. Namizədin məntəqəyə getməsindən sonra sədr bülletenlərin hamısını səsvermə otağına gətirməyə razılaşıb.

11 saylı məntəqədə isə əlavə qapıdan içəridə kənar şəxslərin olması ortaya çıxıb. P.Hüseyn etiraz etsə də, həmin şəxsləri məktəbdən çıxarmayıblar.

15 saylı məntəqədə isə bülletenlərin dörddə üçünün başqa otaqda saxlandığı məlum olub. Həmçinin binada kənar şəxslər olsa da, məntəqə sədri və üzvləri onları çıxarmaq istəməyib. Namizəd polisi də məntəqənin bufetində gizlənmiş halda tapıb. 

13 saylı məntəqədə isə sədr müşahidəçiləri seçki qutusundan çox kənarda saxlayıb. Həmçinin bir nəfərə üç bülleten verilərkən tutulub. Bülleteni sədr götürmək istəsə də, P.Hüseyn verməyib. Sədr bidirib ki, məntəqənin xanım üzvü məlumatsızlıqdan bir nəfərə üç bülleten verib.

Röya RƏFİYEVA
Əli RAİS

Musavat.com
 

 




 



















Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300