"Quranın mahiyyətini açan bu düstur, həm də  kainatın idarə olunması düsturudur. Yəni, kainatda baş verən bütün hadisələr üzərindəki sirr pərdəsini məhz bu düsturla qaldırmaq olur.
Odur ki, bu düstur ladun elminin fundamenti sayılır” 

"And olsun ki, Allah bunları hesablamış, və təkrar-təkrar saymışdır" Quran, 19:94.

Quran özündən əvvəlki səmavi kitabları təsdiq etməklə yanaşı, həm də öz-özünü riyazi yolla təsdiq edən möcüzəli kitabdır.  Araşdırmalarımız sübut edir ki, bu müqəddəs kitabda bütün surə və ayələr Allaha məxsus olduğu kimi, onların düzülüşü və nömrələnməsi də birbaşa Rəbbimin iradəsi ilə baş vermişdir.

Məsələn, götürək Quranın 114 surədən ibarət olmasının hikmətini. Sual yarana bilər ki, niyə məhz 114? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-təalanın iradəsi və qərarı ilə baş tutmasını aşağıdakı düsturdan görəcəksiniz:

Kainatın 4 cəhətdən;
Təbiətin 4 fəsildən ibarət olmasını;
İnsanın 4 ünsürdən (torpaq, su, hava, ruh) yaranmasını;
Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək:
7 + 286 + 200 + 176 = 669

Həmçinin, bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi Quranda bəşəri dəyərlər rəmzi sayılır.

Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi (Qeyd edim ki, 9 TÖVBƏ surəsinin sıra nömrəsidir.) ilə gəlir (9, 19, 29, 39, ......109) və sayı 11 olan bu surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar.
Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi Quranda sərtlik, cəza rəmzi sayılır.

Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq:
 
669 – 555 = 114

Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi Quranın surələrinin sayı olan 114 ədədini göstərir. 

Düsturdan o da məlum olur ki, Quran mülayimliklə, sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur:

"Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!"

Ağıl sahiblərinin diqqətinə çatdırım ki, Quranın mahiyyətini açan və Allahın iradəsi, qərarı ilə düzüldüyünü təsdiq edən bu düstur əslində insan beyninin məhsulu deyildir. Düsturdakı ədədləri necə tapmağım barədə çox suallar verirlər.

Nəzərinizə çatdırım ki, bu düstur Həzrət Cəbrail əleyhissəlam tərəfindən Neftçala rayonunun Qaraimanlı kəndində yaşayan mərifət sahibi Hacı Xalid Saday oğluna vəhy yolu ilə nazil olub, və ona bildirilib ki, sabah Paşa Yaqub adında bir nəfər sizə qonaq gələcək, bu  düsturu ona verib, insanlara çatdırılmasını tapşırarsan. 

...Və mən səhər onlara qonaq getdim (birinci dəfəydi gedirdim). Bu düsturlardakı rəqəmlər mənə çatanda mürəkkəb və izahsız formada idi. Özüm başa düşsəm də, başqalarına çatdırmaq üçün onların anlaya biləcəyi dildə sadə izah olunmalıydı... 

Düşünürəm ki, öhdəsindən gələ bildim və oxucular üçün qaranlıq bir şey qalmadı... Səhvimiz oldusa, Allah günahımızdan keçsin.

Oxucuların nəzərinə bir məqamı da çatdırım ki, Quranın mahiyyətini açan  bu düstur, həm də  kainatın idarəolunması düsturudur. Yəni, kainatda baş verən bütün hadisələr üzərindəki sirr pərdəsini məhz bu düsturla qaldırmaq olur.

Odur ki, bu düstur ladun elminin fundamenti sayılır. 

"Biz hər şeyi sayıb yazmışıq" Quran, 78: 29. 

P. S. Bütün bunlar bir daha sübut edir ki, insanların bütün hərəkətləri Allahın iradəsi və qərarı ilə baş tutur. 

Allahın aciz qulu və carçısı Paşa Yaqub

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300