Seçki komissiyasının sədri deputatlığa namizəd İltizam Əkbərliyə hücum edib
 
"79 saylı İmişli seçki dairəsinin 14 saylı məntəqəsində Dairə Seçki Komissiyasının sədrinin oğlu işarələnmiş 24 saxta bülleteni Əsabil Qasımovun xeyrinə seçki qutusuna atarkən müşahidəçilərimiz tərəfindən yaxalandı”. 

Bu barədə 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd, Müsavat Məclisinin üzvü İltizam Əkbərlimusavat.com-a məlumat verib. Onun dediyinə görə, bülletenlərdə YAP namizədi Əsabil Qasımovun adının qarşısında səs vermək işarəsi qoyulubmuş. Bülletenlərin geri alınması üçün DSK sədrinin, hətta rayon rəhbərliyinə daxil olan şəxslərin ona xahiş etdiyini deyən İltizam Əkbərli bildirib ki, bülletenləri geri verməyib. Çünki həmin bülletenləri sübut kimi müvafiq strukturlara şikayətinə əlavə edəcək.  İ.Əkbərli Hacıalmuradlı kəndindəki seçki məntəqəsində də seçki komissiyası üzvünün qutuya Əsabil Qasımovun xeyrinə 7 bülleten atdığını qeydə aldıqlarını məlumat verib: "Biz bu cür saxtakarlıq faktını qeydə alana zaman seçki komissiyasının sədri mənim üzərimə hücum etdi. Polis çağırdı və məni saxladılar. Mən namizəd olaraq hüquqlarımı onlara desəm də xeyri olmadı. Mən DSK sədrinə müraciət etdikdən sonra məndən əl çəkdilər”.

İmişli rayonunun Hacırüstəmli kəndindəki 39 saylı məntəqədə isə kənd icra nümayəndəsi Yavər Şıxəliyev müşahidəçilərin gözü qarşısında qutuya nümayişkaranə surətdə 4 bülleten atıb. Bunu isə "Azadlıq” Radiosuna namizədliyi AMİP tərəfindən irəli sürülmüş Tapdıq Həsənov verib. Onun dediyinə görə, digər məntəqələrdə də qutulara topa bülleten atılması halları müşahidə edilir.

İmişli RİH başçısının Hacırüstəmli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yavər Şıxəliyev isə barəsində səslənən iddiaları təkzib edib: "Mən həqiqətən seçki məntəqəsində olmuşam. Amma digər seçicilər kimi cəmi 1 bülleten alıb, onu işarələyərək qutuya atmışam. Oradakı müşahidəçilər bükülmüş bülleteni açıb onlara göstərməyimi istəyirdilər. Bu, qanunsuz tələbdir, səsvermənin gizliliyi pozula bilərdi. Görünür, əlləri hər yerdən üzülüb, keçiblər böhtan atmağa, qarayaxmaya. Çox yaxşı seçki keçir, hər şey də öz qaydasındadır”.


E.SEYİDAĞA
Musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300