OPEK neft hasilatını azaldıb
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) fevral ayının sonu etibari ilə hasilatı sutkalıq 280 min barrel azaldıb. 

"Report"-un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, neft hasilatındaki ən ciddi azalma İraqda qeydə alınıb. Belə ki, terror aktı səbəbindən fevralın 17-dən etibarən Şimali İraqla Türkiyəni birləşdirən neft boru xətti istifadə olunmur. Azalma, həmçinin, Nigeriyada da müşahidə olunub.

Bununla belə, OPEK-də aparıcı dövlətlər hesab olunan Səudiyyə Ərəbistanı və İranda hasilatın azalması qeydə alınmayıb.

Daha öncə, Rusiya, Səudiyyə Ərəbistanı, Nigeriya, Qətər və Venesuela neftin hasilatının 11 yanvar tarixindəki göstəriciyə uyğun dondurulmasına qərar vermişdi.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300