Son vaxtlar sosial şəbəkə istifadəçilərinə "adını, soyadını, bürcünü, təhsilini, email ünvanını yaz, ölüm tarixini və nə qədər gözəl olduğunu müəyyənləşdir" tipli testlər təklif edilir. Həmçinin bəzi testlərdə istifadəçilərdən bir neçə sualı cavablandırmaları tələb edilir.

Uluyol.info anspress-ə istinadən bildirir ki,  sosial şəbəkələrdə yayılan bu testlər bir çox istifadəçilərin diqqətini cəlb edir. 

Həmçinin onlara "necə və nə vaxt öləcəksən?", "adını yaz ləqəbini öyrən", "dostların sənin profilin barədə nə düşünür?", "30 il sonra ən yaxın dostun kim olacaq?", "hansı məhşurla sevgili olarsınız?", "ən çox hansı dostuna oxşayırsan?" kimi məzəli test təklifləri gəlir. Bu cür paylaşımlar şəbəkədə sürətlə yayılır. 7-dən 77-yə hər bir insan testdən keçərək onlara maraqlı olan sualın cavabını almaq istəyirlər. İlk baxışdan zərərsiz görünən bu "oyuncaqlar" əslində kifayət qədər təhlükəlidir.

Testlər şəxsi məlumatların yığılmasından tutmuş elektron hesablardan pulun oğurlanması kimi təhlükələrin daşıyıcısıdır.

Bu növ tətbiqlər istifadəçinin adı, soyadı, şəkillərinin sayı, dostları ilə əlaqəsi kimi detallarla əməliyyat aparırlar. Bunun üçün, əlbəttə ki, istifadəçinin icazəsi tələb olunur. İstifadəçinin zənnincə bu cür məlumatın yayılması təhlükəsizdir. Nəticədə, istifadəçinin sosial şəbəkədə saxlanılan bütün məlumatları tətbiqin tərtibatçılarının bazasına düşür. Bu cür məzmun yaradan şirkətlər isə istifadəçinin məlumatlarından istədikləri kimi istifadə edə bilərlər və bu heç də həmişə qanun çərçivəsində baş vermir. 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə testlər vasitəsi ilə insanların şəxsi məlumatları oğurlana bilər. Bəzi hallarda isə hətta isitfadəçiyə gələn təkliflərdə onlarda kredit kartlarının kodları tələb edilir.

İnformasiya Texnologiyaları (IT) üzrə mütəxəssis Amid Quliyevin sözlərinə görə, bu tipli tətbiqlərdən  istifadə etmək istədikdə hər zaman istifadəçidən müəyyən icazələr istəyir. "İstənilən ən sadə icazələr sizin email, şəxsi informasiya (iş yeri, doğum tarixi və s.), dostlarınızın siyahısı və sizin səhifənizə yaza bilmək imkanı olur. Bəzi istifadəçilər əsasən bu icazələrə baxmır, nə üçün istənildiyinə fikir vermir və qəbul edirlər. Bu şəxsi məlumatlar isə sonradan reklam məqsədi ilə istifadə oluna bilər", - deyə mütəxəssis bildirdi. 

Mütəxəssis bildirdi ki, reklamdan başqa bəzən troyan virusların yayılması məqsədi ilə də bu icazələrdən istifadə olunur. "Əgər kompüterinizdə lazımi təhlükəsizlik proqramı yoxdursa, onun da virusa yoluxmaq ehtimalı böyükdür. Tətbiqlərdən istifadəyə başlamadan öncə, tətbiq  sahibinin güvənilir mənbə olub - olmadığını və tələb olunan icazələrin nələr olduğunu ciddi gözdən keçirmək lazımdır", - deyə Amid Quliyev bildirdi.  

 

 

Bəs məlumatların təhlükəsizliyini necə təmin etmək olar? Ən əsası tətbiqlərin hansı informasiyadan istifadə edəcəyi haqda məlumatı diqqətlə oxumaq lazımdır. 

Bir neçə asan qaydalara riayət etməklə internetdə arzuolunmaz nəticələrdən yaxa qurtarmaq mümkündür.

1. İstifadə olunacaq testin səhifədən hansı məlumatlara giriş istədiyi haqda məlumatı diqqətlə oxumaq lazımdır. 

"İnsanlar bu testlərə əyləncəli yanaşsalar da onların şüuraltına istər-istəməz təsir edir".
2. Şəxsi səhifənizin tənzimləmələrini mütəmadi olaraq yoxlayın: hansı tətbiqlər sizin səhifəyə bağlıdır və hansı hüquqları var.  

3. Testlərdə və ya digər linklərə keçid alanda bank kartının məlumatları, telefon nömrələri, şifrələr və digər şəxsi məlumatları yazmayın. 

4. Kompüterinizdə anti-virus proqramının quraşdırılmasında əmin olun.

5. Gələcəkdə hər hansı bir sosial şəbəkədə bu və ya digər məlumatı yerləşdirdikdə düşünün - bu nə qədər təhlükəsiz ola bilər. 

Sadalanan bu təhlükələdən savayı testlər, həmçinin insanlara psixoloji təsir də göstərə bilirlər. Psixoloqlar bu cür tətbiqlərdən qorunmağı tövsiyə edirlər. 

Psixologiya və Konsultasiya mərkəzinin psixoloqu Elnur Rüstəmovun sözlərinə görə, bir sıra testlərin nəticələri insanlara mənfi təsir edir.

"Məsələn, bir nəfər sosial şəbəkədə necə və nə vaxt öləcəyi ilə bağlı testdə iştirak edir. Testin  cavabında onun bir müddət sonra avtomobil qəzasında öləcəyi deyilir. Bu istər - istəməz insanın daxilində avtomobilə qarşı fobiya yaradır. Demək olmaz ki, belə testlərdə iştirak edən insanın psixoloji problemləri var. Sadəcə, onlar yenilik istəyirlər", - deyə Elnur Rüstəmov bildirdi.

Psixoloq qeyd etdi ki, sosial şəbəkələrdə tətbiq edilən testlərin heç bir metodoloji əsası və nəzəri  bazası yoxdur. "Bunlar yalnız  şou xarakteri daşıyır. İnsanlar bu testlərə əyləncli yanaşsalar da,  onların şüraltısına istər - istəməz təsir edir. Testlər zamanı psixi sağlamlıq və təhlükəsizlik qorunmur", - deyə  psixoloq bildirdi. 

Onu da nəzərə almaq lazımdır ki, bu testləri əsasən peşəkarlar deyil sadə insanlar hazırlayır. Buna görə də onların nəticələrini çox ciddi qəbul etməyə dəyməz.

Diqqətli olun! İnkişafda olan texnologiyalar vasitəsi ilə demək olar ki, hər gün intenetdə yeni təhlükələr yaranır. Nə qədər sadə səslənsə də təhlükəsizliyiniz öz əlinizdədir.

Facebook-dan gələn təhlükə - FOTO

Facebook-dan gələn təhlükə - FOTO

Facebook-dan gələn təhlükə - FOTO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300