Bakının Nizami rayonunda yerləşən 70 saylı məktəb liseyin direktoru Nazim Qasımov pul yığdırır.

 

İrevan-press.com xəbər verir ki, direktorun təşəbbüsü ilə bu təhsil müəssisəsində hər həftə müxtəlif bəhanələrnən şagirdlərdən pul yığılır. Şagirdlər informatika dərsini tədris edən Nigar Quliyevadan, fizika müəlliməsi Mətanət Əliyevadan, eləcə də ingilis dili müəlliməsi Nüşabə Abuşovadan narazılıq edirlər. 9 b sinfində olan şagirdlərdən biri açıq şəkildə video çəkiliş edərək internetdə yayıb. Həmin çəkilişdə bildirilir ki, müəllimə konkret olaraq onun qiymətini kəsib, yüksək qiymət yazmaq üçün pul tələb edib. 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə sözügedən məktəbdə şıdırğı pul yığıldığı da bildirilir.

Direktor açıqlama vermək istəməyib. Bir qədər sonra direktora yenidən zəng edəndə direktor deyib: "Ay qardaş demirlər 8 mart münasibətilə pul yığdırıram? Yaxşı edirəm. İdarədən mənə nə deyirlər onu da edirəm. Sizin zənginizdən sonra idarə ilə əlaqə saxladım mənə münasibət bildirməyi qadağan etdilər”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300