"Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?!” Quran, 43:5

Qurandakı rəqəmləri tədqiq edərkən, onun surələrinin və ayələrinin nömrələnməsində xüsusi bir qanunauyğunluğun olduğu üzə çıxır. Burada hər bir rəqəmin rəmzi mənası vardır və həmin rəqəm altında deyilən sözlər (ayələr) də bir qayda olaraq rəqəmdəki mənanı tamamlayır. Məsələn, götürək Rəsulullahın adına olan "Məhəmməd" (47) surəsini.

Surənin rəmzi olan 47 ədədinin sirri, elə Rəbbimin öz adına olan "Rəhimli Allah" surəsində açılır. Yəni, Peyğəmbərin adına olan surə riyazi yolla Allahın adına olan surəyə bağlanır.


Belə ki, "Rəhimli Allah" surəsi 78 ayədən ibarətdir və bu ayələrin 31-də eyni sual təkrar olunur: 
"Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!"

Elə isə, ayələrin ümümi sayından (78), təkrar olunan sualların sayını (31) çıxaq:

78 – 31 = 47 

Göründüyü kimi alınan ədəd "Məhəmməd" surəsinin sıra nömrəsidir. 

Bu fakt, Rəbbimlə Onun Peyğəmbəri arasında olan əlaqənin riyazi sübutu olmaqla yanaşı, həm də Quranın düzülüşünün birbaşa Allah-təalanın nəzarətində olmasının sübutudur.

 Buradan həm də belə bir nəticə hasil olur ki,  müqəddəs kitaba nəyinsə əlavə olunması və yaxud buradan hansısa bir ayənin çıxarılması haqqında deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil və bunu söyləyənlər Allahın qüdrətinə şübhə edənlərdir. 

Surədəki eyni bir sualın 31 dəfə təkrar olunması da təsadüfü deyildir. Belə ki, 31 ədədi "Loğman" surəsinin sıra nömrəsi olmaqla, Quranda bu ədəd elm (ladun elmi) verilmiş şəxslərin rəmzidir.
 Sualın 31 dəfə təkrar olması o deməkdirki, bunun cavabını (sirrini) ancaq Allahın elm verdiyi şəxslər izah edə bilərlər (bu yazıda olduğu kimi).

Məhəmməd əleyhissəlam bəşəriyyətin kamillik rəmzi olduğundan, 47 ədədi həm də kamillik rəmzi sayılır. Buradan hasil olan nəticələrdən biri də odur ki, sualın cavabını verən şəxs elm sahibi olmaqla yanaşı, həm də kamil insan olmalıdır.
Burada diqqət çəkən digər maraqlı məqam ondan ibarətdir ki, peyğəmbərlik əslində elmlə kamilliyin vəhdətindən ibarətdir.

Yazını oxuyan gözüaçıq adam başa düşər ki, bu sirlərin açması insan beyninin məhsu deyildir. Bu, Allahdan gələn xüsusi bir vəhylə mümkündür. 
Və bu vəhyi o şəxs qəbul edə bilər ki, yuxarıda bəhs etdiyim kriteriyalara cavab versin. Yəni, onda elmlə kamilliyin vəhdəti olsun.

Təssüflə qeyd etməliyəm ki, bu gün Yerdə elmli adamlar çox olsa da, onlarda kamillik olmadığından, vəhy qəbul etməyə layiq olmurlar. Beləliklə də onlarda elə təəssürat yaranır ki, guya indiki dövrdə vəhy qəbul etmək, bu məqama layiq olmaq mümkün deyildir.  Amma yuxarıda göstərdiyim (həmçinin, bundan sonra təqdim edəcəyim) hesablamalar sübut edir ki, istənilən insanda elm və kamillik birləşərsə, artıq vəhy qəbul etməyə layiq olar və o, Qurandakı indiyədək açılmamış sirləri Allahın izni ilə aça bilər.

İbrahimin (ə) Peyğəmbərliyi hansı düsturla sübut olunur?

Allah-təala Qurani-kərimdə həmçinin, İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun həqiqətən də Özünün rəsulu olduğunu buyurur.  Bəs bu həqiqəti müqəddəs kitabda riyazi yolla necə sübut etmək olar.

Bildiyimiz kimi, "İbrahim" surəsi 14 ədədi ilə nömrələnmişdir. Bu surə yenə də riyazi yolla "Rəhimli Allah"a bağlanır.

Belə ki, "Rəhimli Allah" surəsinin sıra nömrəsi və rəmzi olan 55 ədədi Quranda 41 dəfə keçir (kitabın cəmi 41 surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı 55-dən azdır).

Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda 55 dəfə keçir. (Quranın cəmi 55 surəsində 41-ci ayə var.)

Göründüyü kimi, Quranda 55 ədədi 41 dəfə, 41 ədədi isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxaq:

55 – 41 = 14

Alınan 14 ədədi "İbrahim" surəsinin sıra nömrəsi olmaqla yanaşı, həm də onun Peyğəmbərliyinin riyazi sübutudur.
 
Bildiyimiz kimi, peyğəmbərlərin (elmi-ladun sahiblərinin) meydana çıxması, adətən Yerdə xeyirlə şər arasında tarazlığın pozulduğu zamanlarda baş verir və onların missiyası tarazlığı bərpa etməkdən ibarət olur.

Diqqətinizi bir maraqlı və hikmətli fakta cəlb edim ki, Məhəmməd əleyhissəlam dünyaya təşrif gətirən gecəsi, fars hökümdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu.
Bu hadisəni şərh edən kahinlər və bilicilər şaha belə izah etdilər ki, bəşəriyyətin gözlədiyi Peyğəmbər artıq dünyadadır və sütunların uçması da Nuşirəvanın hakimiyyətinin tezliklə süqut edəcəyinə işarədir (çox keçmədi ki, verilmiş proqnoz özünü döğrultdu və sasanilər dövləti süqut etdi.)
Göründüyü kimi, bu gün Yerdə xeyirlə şər arasındakı balans pozulduğundan cəmiyyətdən xeyir-bərəkət çəkilmiş və fəlakətlər (zəlzələlər, daşqınlar, qəzalar...) həddən artıq çoxalmışdır. Getdikcə intensivləşən fəlakətlərdən  və qəzalardan sığortalanmağın yolu tövbədən və insanlara yaxşılıqlar etməkdən keçir.

Söz ardı: yeri gəlmişkən qeyd edim ki, yazıda şərh etdiyim 47 və 14 ədədlərinin sirrini açan düstur insan beyninin məhsulu deyildir. Bu sirlər dəyərli dostum Hacı Xalidə Həzrət Cəbrail əleyhissalam tərəfindən  vəhy olunmuş, yayılması elə həmin vəhylə də bu sətirlərin müəllifinə tapşırılmışdır.

Allahın aciz qulu və carçısı: Paşa Yaqub

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300