Azərbaycanlı aktrisaya Türkiyədə vəzifə verildi
Azərbaycanlı sənətkar Türkiyənin ən böyük teatrında bədii rəhbərin müavini təyin edilib.
 
APA-nın Türkiyə müxbirinin məlumatına görə, azərbaycanlı aktrisa və rejissor Məlahət Abbasova İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini təyin edilib.
 
Bu barədə APA-ya məlumatı Məlahət Abbasova özü verib. Şəhər teatrlarının fəaliyyətinin gücləndirilməsi planları çərçivəsində bu vəzifəyə gətirilən Məlahət Abbasova verdiyi açıqlamada ona göstərilən etimaddan çox məmnun olduğunu vurğulayıb. Təyinata görə İstanbul bələdiyyə bakanlığına, bələdiyyənin mədəniyyət idarəsinin rəisi Əbdürrəhman Şənə, İstanbul şəhər teatrlarının müdiri Saleh Əflioğluna və Şəhər teatrlarının bədii rəhbəri Süha Uyğura təşəkkürünü bildirən azərbaycanlı sənətkar deyib: "Avropa və Asiya qitələrinin ən böyük sənət ocaqlarından biri olan İstanbul bələdiyyəsi  Şəhər teatrlarının 7  salonu,1000-dən artıq əməkdaşı  var. Bu cür mötəbər bir sənət ocağında bədii rəhbəri kimi məsul vəzifəyə təyin edilməyimi 25 ildən bəri bu qurumda çəkdiyim zəhmətə verilən mükafat kimi qiymətləndirirəm. Qurumda fəaliyyət göstərən yeganə azərbaycanlının   məsul vəzifəyə təyin edilməsi  də önəmli hadisə sayılmalıdır. Şəhər teatrlarının əməkdaşları ilə daima hərarətli münasibətlərimiz olub, məni burada hamı sevib,mən də öz işimə  daima məsuliyyətlə yanaşmışam. İstanbul bələdiyyəsi  Şəhər teatrlarının fəaliyyətini daha da gücləndirməyimiz üçün əlimdən gələn hər şeyi edəcəyəm”.
 
Şəhər teatrlarındakı stajı nəzərə alınaraq ən yüksək məmur statusu qazandığını da sözlərinə əlavə edən Məlahət Abbasova indiyə qədər olduğu kimi bundan sonrakı fəaliyyətində də Azərbaycan dramaturgiyasının önəmli əsərlərinin Şəhər teatrlarında tamaşaya qoyulmasında fəal iştirak edəcəyini vurğulayıb. 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300