İmişli sakinləri deputatı gündüz çıraqla axtarırlar 

Xəbər verildiyi kimi, BTV.AZ kanalı "Millət vəkilləri verdiyi vədlərə əməl edirmi?”adlı layihə həyata keçirir.  TV kanal bu dəfə İmişli rayonunun əhalisi ilə görüşərək, 79 saylı dairədən ikinci dəfə deputat seçilən Əsabil Qasımovun verdiyi vədlərə əməl edib, etmədiyini öyrənməyə çalışıb. 

BTV-nin üzə çıxardığı maraqlı məqamlardan biri də odur ki, əhalinin böyük əksəriyyəti öz deputatını tanımır. Hətta bəziləri Əsabil Qasımovun adını ilk dəfə eşitdiklərini dilə gətiriblər. 

Sayt yazır ki, Əsabil Qasimov daim mətbuatda öz biznesi və rüşvətxorluğu ilə gündəmdə qalmağı bacarıb. "Ölkədə böyük rezonansa səbəb olan, hələ də davam edən "oliqarxgeyt” qalmaqalında onu adı tez-tez hallanmaqdadır. Bildirilir ki,Əsabil Qasımov öz deputat statusundan və hakim partiyanın nüfuzundan istifadə edərək qanunsuz işlərlə məşğul olur”.

BTV onu da xatırladır ki, 79 saylı İmişli seçki dairəsindən iki dəfə ardıcıl olaraq deputat seçilən Əsabil Qasimovun adı "lal deputat”ların sırasındadır.

Əsabil Qasımov 2010-cu ildə millət vəkili seçilənə qədər "Karat” MMC şirkətinin prezidenti olub.


ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300