Bir neçə gündür ki, müğənni Aygün Kazımova ilə "Yeni Müsavat” qəzeti arasındakı qalmaqal müzakirələrə səbəb olub. 

Arqument.Az xəbər verir ki, bu məsələyə münasibət bildirən bəstəkar Cavanşir Quliyevin Ermənistanın xüsusi orqanları ilə iş birliyində ittiham olunan Xalq artisti Aygün Kazımovanı müdafiə xarakterli çıxışında Müsavat Partiyasının üzr istəməli olduğu iddia olunurdu: "Ayıb olsun! M.Ə. Rəsulzadə Müsavatı bunun üçün yaratdı? Biz könlümüzü, ömrümüzü, həyatımızı bunun üçün Müsavata verdik? Çox üzüldüm! İnsanı sübutsuz-dəlilsiz ittiham etmək olmaz. Buna böhtan deyilir. Böhtan da cəzalandırılmalıdır. Ən acısı isə odur ki, bunu, dəfələrlə böhtanın qurbanı olmuş Müsavat edir. Çünki Aygün o cür insan deyil. Mən onu çox yaxşı tanıyıram. Məncə onlar Aygün Kazımovadan öz saytlarının yerinə üzr istəməlidir. Bəlkə Aygün bağışlayar”.

Müsavat Partiyasının üzvləri isə bəstəkar Cavanşir Quliyevin "Müsavat öz saytları adına üzr istəməlidir” sözlərinə sərt reaksiya veriblər. Onlar "Yeni Müsavat” qəzetinin Müsavat Partiyasına heç bir bağlılığının olmadığını deyiblər.

Belə ki, partiyasının Divan üzvü Razim Əmiraslanlı aznews.az-a açıqlamasında sözügedən qurumun Xalq artisti A.Kazımova ilə heç bir problemi olmadığını deyib: "Mənim Cavanşir Quliyevə çox böyük hörmətim var. Gərçəkdən onu bir ziyalı, ləyaqətli insan kimi çox sevirik. Amma Məhəmməd Əmin Rəsulzadənin yaratdığı Müsavat Partiyası ilə Aygün xanımın problemi yoxdur. "Yeni Müsavat"ın Müsavat Partiyasına heç bir aidiyyatı yoxdur, ora müstəqil bir mətbu orqandır”. 

Divan üzvü Vəfa Cümşüdlü isə bildirib ki, cəmiyyətdə Cavanşir Quliyev kimi düşünənlər çoxdur: "Bir partiya təmsilçisi kimi bəyan edirəm ki, "Yeni Müsavat" qəzetinin Müsavat partiyasına aidiyyəti yoxdur. Görünür, Cavanşir müəllim uzun müddət ölkədən kənarda yaşadığı üçün son illər baş verən proseslərdən xəbərdar deyil. Yoxsa Müsavat partiyasının lideri İsa Qəmbərin uzun illərdir ki, qəzetin təsisçisi olmadığını, bundan əlavə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun bu partiyanın üzvü olmamasından xəbərdar olardı”. 

Mövzu sosial şəbəkələrdə də müzakirəyə səbəb olub və bəstəkar açıqlamasına şərh verib. 

Arqument.Az-ın məlumatına görə, o bildirib ki, açıqlamasında Müsavat Partiyasını nəzərə tutmayıb: "Mənim açıqlamam budur: "Müsavat" adını daşıyan hər bir qurum, təşkilat, qəzet, jurnal, partiya ilə əlaqələrinin olub-olmamasından asılı olmayaraq, Müsavat məfkurəsində, Müsavat əxlaqında və Məhəmməd Əmin Rəsulzadə işığında hərəkət etməlidir. Madam, qəzetin adında "Müsavat" kəlməsi var və o bu yanlışı edibsə, təbii, mənim iradım qəzetə aiddir. Qəzet Müsavat Partiyasına bağlı olsaydı, onda məsuliyyət Partıyaya aid olacaqdı".

Xatırladaq ki, bu günlərdə mətbuatda Ermənistanın xüsusi orqanlarının Azərbaycanın şou aləminə nüfuz etmələri barədə yazı dərc olunub. Yazıda erməni xüsusi xidmət orqanlarına bağlı olan modelyer çetesi azərbaycanlı iş adamlarının, müxtəlif peşə sahiblərinin yataq səhnələrini gizli çəkib, sonradan onları şantaj ediblər. Rusiyadan, Ukraynadan, Azərbaycandan Türkiyəyə moda yarışmasında iştirak etmək üçün dəvət olunan modelyerlər tədbirlər sonrası seks-köləliyə məcbur ediliblər. Pasportları əllərindən alınan modelyerlər bir neçə min dolların qarşılığında ayrı-ayrı şəxslərə bir gecəlik satılıblar. "Yeni Müsavat" qəzeti bununla bağlı geniş yazı dərc edib və Aygün Kazımovanı erməni agentliklərinə işləməkdə ittiham edib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300