Diş daşlarını aradan qaldıran möcüzəvi
Qəhvəyi və ya sarı diş daşlarını ev şəraitində də yox etmək olar.
 
Diş daşı çox yayılmış problemdir və müasir stomatologiya bunun aradan qaldırılması üçün bir çox üsullar təklif edir. Lakin bu problemi cibinizə qənaət etməklə ev şəraitində də yox edə bilərsiniz.
 
Ağız boşluğunun xüsusi gigiyenası çox vacibdir. Əgər dişlərə vaxtında qulluq göstərilməsə, diş ərpi, iltihabi xəstəlik, periodontit infeksiyası inkişaf edə bilər. Periodontit infeksiyası zamanı diş nahiyəsində kəskin ağrılar olur, dişə toxunduqda bu ağrılar bir az da artır. Həmçinin, dodaq və yanaqlar şişir, damaq böyüyür, diş tərpənir. Bəzən damaqda, içindən irin çıxan dəlik aşkar olunur. Xoşbəxtlikdən, bu dəhşətli xəstəliyin profilaktikası üçün təbii vasitə mövcuddur!
 
Diş daşını təmizləyən məhlulun reseptini təqdim edirik:
 
İnqrediyentlər:
 
40 qram qoz qabığı
1 stəkan su
 
Hazırlanması:
 
Qoz qabığını 20 dəqiqə ərzində suda qaynadın. Qarışığı süzüb soyumasını gözləyin. 10 dəqiqə diş fırçasını qoz həlimində isladıb dişləri diqqətlə təmizləyin. Bu proseduru diş daşı gedənə qədər gündə 3 dəfə təkrar etmək olar.
 
Nəticəni artıq 2 həftə sonra görəcəksiniz! Ən güclü antibakterial sayılan qoz qabığı mina səthini təmizləməyə kömək edir. Bu prosedur qan axması, damaq xəstəliyindən əziyyət çəkənlər üçün xüsusilə faydalıdır. Belə ki, o, iltihabı sürətlə yox edir.(publika.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300