«ZƏHMƏT-RUZİ» MMC İNSANLARIN HƏYATI ÜÇÜN TƏHLÜKƏ YARADIR – ŞOK
«SAB» kolbasa və sosislərinin tərkibinə genetik modifikasiya olunmuş soya komponenti qatılır 

Azərbaycanda kolbasa məmulatlarının tərkibi naməlum olaraq qalır. Ölkə ərazisində satılan kolbasa və sosisin üstündə məmulatın tərkibində konkret nə qədər ət və yaxud ədviyyat olduğu barədə heç bir məlumat yoxdur. Bircə o yazılır ki, kolbasanın tərkibi mal və yaxud qoyun ətindəndir və yaxud hansı ədviyyat məhsulları vurulub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) bildirilib ki, Azərbaycanda qəbul olunmuş standartlar ümumi tələbləri əhatə edir: «Hər bir kolbasa istehsal edən müəssisə texniki şərtləri hazırlayanda rəhbər şəxs onu təsdiq edərək Səhiyyə Nazirliyinə göndərir. Nazirlik də bu texniki şərtlərin insan orqanizmi üçün təhlükəli olub olmamasına qərar verir. Əgər heç bir təhlükə yoxdursa, onu gigiyenik sertifikatla təmin edir və bundan sonra həmin məhsulun uyğunluq sertifikatı ilə bazara çıxarılmasına icazə verilir». Yəni belə çıxır ki, Azərbaycan qanunlarına görə, istehsalçı şirkət kolbasanın üstündə tərkibi ilə bağlı konkret məlumatlar açıqlamağa məcbur deyil. Əslində, isə bu yanlış yanaşmadır.
 
Hazırda Azərbaycan bazarında 4 manatdan başlayaraq kolbasa tapmaq mümkündür. Mal ətinin 1 kq-ı isə 6-7 manat arasında dəyişir. Qiymətlər arasındakı fərq də insanda kolbasanın tərkibi barədə şübhə yaratmaya bilməz. Onu da nəzərə almaq lazımdır ki, mal əti sümüklə birgə satılır. Kolbasa məmulatında isə sümükdən istiadə olunmur, üstəlik kolbasa məmulatına müxtəlif ədavalar vurulur, istehsal prosesindən keçir ki, bu da kolbasa məmulatının qiymətinin əslində nisbətən baha olmasını şərtləndirir. Qeyd edək ki, kolbasa və sosis istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətinin qeyri-şəffaf olması haqda çox danışılıb. Amma hələ ki, ortada müsbət nəticə yoxdur və bəzi iri firmalar qanunları pozmaqda davam edirlər.

«ZƏHMƏT-RUZİ» MMC İNSANLARIN HƏYATI ÜÇÜN TƏHLÜKƏ YARADIR – ŞOK 
«Zəhmət-Ruzi» MMC-nin fəaliyyəti barədə maraqlı məlumatlar daxil olub. Mətləbə keçməmişdən öncə isə qeyd edək ki, «Zəhmət-Ruzi» Məhdud Məsuliyyətli Cəmiyyəti 1998-ci ildən fəaliyyət göstərir. Şirkət 3 hektardan artıq ərazidə erləşir. Bu şirkət iki sahədə - ət və süd məhsullarının istehsalı sektorunda fəaliyyət göstərir. «SAB» ət və süd məhsullarının beynəlxalq standartlara uyğun şəkildə olan faydalı maddələr və minerallarla hazırlanması iddia edilsə də, əslində tamam başqa cürdür. Şirkətin rəhbərliyi özü müsahibələrində xammalın 50-60 faizini Hindistandan, 30-35 faizini yerli bazardan aldıqlarını etiraf edib. Lakin onları ətraflı dinlədikdə bəlli olur ki, həmin rəqəm daha yüksəkdir. Yalnız təchizetmə ilə bağlı gecikmələr olduqda yerli ət alırlar. Şirkət iddia edir ki, Hindistanda dörd halal müsəlman şirkət ilə işləyir. Bunlar da Sebako, Premyera, Allana və Alnurdu. "Camış ətinin nəyi pisdir?” sualı yarana bilər. Lakin belə ətlər çox zaman dondurulmuş vəziyyətdə olduğundan heyvanın qoca və ya cavanlığı bilinmir. Başqa tərəfdən Hindistan ciddi xəstəliklərin mövcud olduğu ölkədir. Ətin dondurulmasını, idxal zamanı qət olunan məsafəni, xüsusilə malın hansı şəraitdə daşındığını nəzərə alsaq, baş qaldıran bakteriyaları saymaqla bitirmək olmaz. Məlumata görə, «SAB»ın «halal» adı ilə satılan kolbasa və sosislərinin tərkibinin yarısını soya komponenti təşkil edir ki, həmin məhsulun 90% genetik modifikasiya olunub.
 
Yəni adıçəkilən şirkət kolbasa və sosis istehsalında müxtəlif kimyəvi qatqılardan istifadə etməklə insanların həyatını təhlükəyə atır. Şirkətin rəhbərliyi isə bütün nöqsanlara baxmayaraq, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi «halal» sertifikatını əldə əsas tutaraq qanunsuz işlərini ört-basdır etməyə çalışır. Amma biz bu kimi məsələlərlə bağlı geniş araşdırmalara başlamışıq. Yaxın günlərdə şirkətə leş ət satan şəxslərin kimliyi, eləcə də MMC rəhbərinin hansı vəzifəli şəxsin adından istifadə etməsi barədə ilginc məqamları açıqlayacağıq.
 
Qarşı tərəfində mövqeyin dinləməyə hazırıq.
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300