Daxili işlər naziri Ramil Usubov Neftçala Rayon Polis Şöbəsi Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edib.
Nia.az xəbər verir ki, Salyan Rayon Polis Şöbəsi DYP-nin baş inspektoru işləyən polis baş leytenantı Azad Məmmədyarov Neftçala RPŞ DYP bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Əvvəlki DYP rəisi Yaşar Hacıyev təqaüdə çıxıb.