Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında seçki pozuntuları ilə bağlı şikayətlərə baxılıb. Əvvəlcə mügənni Elza Seyidcahana səs vermiş iki seçicinin və hüquq müdafiəçisi Vidadi isgəndərlinin şikayətlərinə baxılıb və  təmin edilməyib. Bunun ardınca Ümid Partiyası sədri İqbal Ağazadənin 35 saylı seçki dairəsində konkret 3 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciəti baxılmadan DSK-ya göndərilib.

mskBundan sonra isə Müsavat Partiyasından deputatlığa namizəd olmuş şəxslərin ümumilikdə 16 şikayətinə baxılıb. İclasda Müsavat Partiyasından seçki qərargahının rəhbəri Gülağa Aslanlı və partiyanın səlahiyyətli nümayəndələri Elman Fəttah və Mustafa Hacılı iştirak ediblər. MSK ilə Müsavat arasında hələ seçkidən əvvəl başlayan qarşıdurma bu iclasda da davam edib, ciddi mübahisələr yaranıb.

Qeyd edək ki, Müsavat seçkilərə 4 gün qalmış seçkidən çıxmaq haqqında qərar verdikdən sonra partiyanın namizədləri öz namizədliklərini geri götürdükləri barədə ərizə ilə müvafiq Dairə Seçki Komissiyalarına (DSK) müraciət etmişdilər. Lakin DSK-ların əksəriyyəti hakimiyyətin tapşırığı və MSK-nın açıq təhriki ilə bu ərizələri ümumiyyətlə qəbul etməmişdi. Ərizələri qəbul edən bir neçə DSK isə müraciətləri təmin etməmiş, namizədlərin adlarını seçki bülletenlərindən pozmamışdı.

MSK-dakı müzakirələr barədə "Basta"ya məlumat verən Elman Fəttah hakimiyəti təmsil edən MSK üzvlərinin arqumentsiz qaldıqlarını bildirdi: "Şikayətimiz MSK-nın 29 oktyabr tarixli qərarındandır. MSK hakimiyyətin iradəsini ifadə edən bu qərarı ilə Müsavat Partiyası tərəfindən irəli sürülmüş namizədlərin öz namizədliklərini geri götürmək hüququnu qanunsuz olaraq məhdudlaşdırıb. MSK həmçinin öz qərarı ilə bu qanunsuz məhdudiyyəti DSK-lar üçün bir normaya çevirib. Biz bu gün MSK-nın iclasında bu qərarın nəinki qanunlara və Konstitusiyaya, hətta bütövlükdə insan hüquq və azadlıqlarına zidd olduğunu maddələrlə sübut etdik".

Elman Fəttah Müsavat Partiyasından namizəd olmuş 16 şəxsin şikayətinə eyni blokda baxılmasının da etiraz etdiklərini bildirdi: "Şikayətlərin bir qismi DSK sədrlərinin hərəkətsizliyi, yəni namizədliklərin geri götürülməsi ilə bağlı müraciətləri qəbul etməkdən imtinası ilə bağlı idi, digər bir qismi isə MSK-nın məlyum qanunsuz qərarı ilə bağlı idi. Məsələn, Mustafa Hacılı iclasda çıxış edib bildirdi ki, 31 saylı DSK-nın sədri onun imtina ərizəsini qəbul etməyib, bu ərizənin dövlətçiliyə qarşı olduğunu deyib. Mustafa Hacılı sual verdi ki, ərizənin məzmunu əsas götürülərək, onun qəbulundan imtina edilə bilərmi? Axı hər bir halda ərizə qəbul edilməli və müvafiq cavab verilməlidir?! Hətta Məzahir Pənahov da Mustafa Hacılının bu arqumentinin əsaslı olduğunu təsdiqləməyə məcbur oldu. Mən çıxışımda bildirdim ki, namizəd olmaq hüquqdur, vəzifə deyil, amma MSK öz qanunsuz qərarı ilə namizəd olmağı üzərimizə vəzifə kimi qoymuş olub - bu isə nəinki qanunların və konstitusiyanın, hətta hüquq və azadlıqların kobud şəkildə pozulması deməkdir. Digər tərəfdən namizədliklərini geri götürmüş şəxslərin adlarını bülletendə saxlamaqla, MSK bu dairələrdə seçkilərin nəticələrinin etibarsız sayılması üçün inkaredilməz hüquqi əsas yaradıb".

DSK-ların bu qanunsuzluqlara getməsinin səbəbkarının MSK olduğunu vurğulayan Elman Fəttah müzakirələrdə iştirak edən MSK üzvü Akif Qurbanovun dediklərinə də diqqət çəkdi: "Akif Qurbanov bildirdi ki, Müsavatın seçkidən çıxmasını məhdudlaşdıran qərarla yanaşı, MSK həm də bir bəyanat qəbul edərək, siyasi mövqe ortaya qoyub. Halbuki, MSK-nın siyasətə qarışmaq hüququ yoxdur".

Müzakirələrdə iştirak edən Gülağa Aslanlı "Basta" əməkdaşı ilə söhbətində bildirdi ki, Müsavatın şikayəti konkret Seçki Məcəlləsinin və Konstitusiyanın konkret maddələrinə əsaslanıb: "MSK öz qərarını Seçki Məcəlləsinin 154 və 73-cü maddələri ilə əsaslandırmağa çalışır. Lakin bu maddələr imperativ xarakter daşımır. Maddədə göstərilib ki, namizəd seçkiyə ən azı 10 gün qalmışa qədər öz namizədliyini geri götürə bilər. Amma yazılmayıb ki, tutalım, 4 gün qalmış götürsə, necə olmalıdır. İclasda sual verdim ki, namizədin seçkiyə 10 gündən az qalmış öz namizədliyini geri götürməsini məhdudlaşdıran hər hansı maddə varmı? Suala cavab verən tapılmadı. Seçkiyə hətta bir gün qalmış namizədin geri çəkilməsi qanunla qadağan olunmayıb. Konstitusiyamızın 71.9-cu maddəsində isə göstərilib ki, qadağan olunmayan hər bir əmələ icazə verilir". 

Yekunda MSK şikayətləri təmin etməyib. Gülağa Aslanlı bununla bağlı məhkəmə instansiyalarını keçəcəklərini və Avropa Məhkəməsində bu şikayətlərin təmin ediləcəyinə şübhə etmədiyini bildirdi.

bastainfo.com 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300