Futbol üzrə Azərbaycan çempionatının birinci dəstəsinin bu dəqiqələrdə keçirilən "Neftçala"-"Turan" oyunu barədə ilginc informasiya əldə etmişik.

Ölkə.Az-a daxil olan məlumata görə, hazırda matçın meydan sahibi "Neftçala" turnir cədvəlinin ilk pilləsində, qonaqlar isə sonlarında qərar tutur. Amma hazırda "Turan" 1:0 irəlidədir. Qeyd olunur ki, ilk qolu "Turan"ın, ikinci qolu "Neftçala"nın vuracağına Tbilisidə, Batumidə, Şanxay və Txaybində külli miqdarda pullar qoyulub.

Məsələnin maraqlı tərəflərindən biri budur ki, oyunun hakim inspektoru PFL prezidenti Ramin Musayevin sürücüsü, cangüdəni və qohumu Eldəniz Musayevdir.

Qeyd olunur ki, 15:00-da başlayan "Bakı"-"Zaqatala" oyununa da xeyli pul qoyuluşu var. Burada isə "Zaqatala"nın uduzmamasına daha çox pul qoyulub. Bu görüşün hakim inspektoru isə Ramin Musayevin digər yaxın adamı Rüfət Əliyevdir.

Mənbə iddia edir ki, "Neftçala" qolu məhz 70-ci dəqiqədən sonra vuracaq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300