Türkləri tarixdən çıxarsaq , o zaman tarix deyilən bir şey qalmaz.Bəli bu tarixdir,ən ədalətli məhkəmə tarix olduğundan zamanında təhrif olunsa belə zamanı gəlincə hər şey aydın olar.Hər bir millət öz millətin digərlərindən üstün sayar.Bu şüuraltı məsələdir,amma reallığa gəlincə o zaman özümüzünə bir az düzəm verib nitqimizə başlamalıyıq.Bu bir reallıqdır,tarixi türklər yazdı.Tarixlə yaşıd olan millətimin  bu günə kimi fəthlər,döyüşlər,qalibiyyət  yolun keşdi.Tarixə söykənib yazımı aparsam , o zaman əldə qələm yaşlanar, amma türklərin əzəmətin yazıb qurtarmaq olmaz. Mövzumuz sadaladığım türkün əzəmətindən biri və özünü sübüt  edən döyüşlərdən olan Çanaqqala döyüşüdür.
 
İlk olaraq millətimiz haqda şəxsiyyətlərin dediklərin qeyd edək:

    Türklər sizə toxunmadıqca, sizdə onlara toxunmayın.Türk dilini öyrənin , onların hakimiyyəti uzun sürəcək .Mənim Türk adlı bir ordum var (H.z Məhəmməd s.a.v.)
     Şücaət və cəsarət baxımından türklərdən üstün,böyük hədəflərə çatmaq baxımından da onlardan dəyanətli heç bir qövm yoxdur.Cənab Haqq onları aslan sifətində yaratmışdır.(İbni Hassul)
    Türklərin ürəkləri təmizdir,onlarda batil fikirlər,sadə düşüncələr yoxdur.Türk qormaz,qorxudar.Bir şey istəsə,onu etmədikcə imtina etməz.Hansı işə ələ atsa bacarar.(ərəb səyyahı İbni Əşrəş)
    Türk əsgəri cəsurdur.Ana vətənini sevər və onun üçün lazım olsa çəkinmədən canını fəda edər(Albert Eynşteyn)
    On xalqın ,on igid adamının gücü bir kimsədə toplansa yenə bir türkə əvəz olmaz.Türklərin ən çox danışdığı şey döyüşdür,zəfərdir.Əyləncələri isə atdır,silahdır.Türklərin düzgünlükləri və namusluluqları nə qədər təriflənsə azdır(Charles Mcfarleme)
    Türklərlə dost ol , düşmən olma.(Gianni de Michelis)
     Türk ata minər kimi oturar,kəşfə göndərilən əsgər kimi oyanıq gedər.(Molter)
     Nə xoş türkəm deyənə!Dünya üzərində türkdən daha böyük ,ondan daha qədim,ondan daha təmiz bir millət yoxdur və insanlıq tarixində görünməmişdir.Türk yürdluq etməmiş bir qitə yoxdur.Yüksək türk!Sənin yüksəkliyinin hüdudu yoxdur.( Mustafa Kamal )
     Türkləri öldürmək olar,ancaq məğlub etmək olmaz.(Napaleon Bonapart)
     Bir türk başlı-başına bir millətdir.Türkə qarşı heç nə dura bilmnəz.Türklər olduqca namuslu insanlardır,özləri və sözləri doğrudur.Yurdlarına bağlılıqları bütün duyğularından üstündür.(ərəb dahisi Cahiz)
     İnsanlığa şərəf verən türk millətinin düşməni olmaq insanlığa düşmən olmaqdır.(fransız yazıçısı Alfonse de Lamartin)
     Türklər yalançı və ikiüzlü deyillər.Döyüşdə şərəfli ölməyi şərəfsiz yaşamaqdan üstün tuturlar. (ingilis yazaçısı Corc Bayron)
     Tarix türklərdən çox şey öyrəndi.( alman alimi Hammer Purqştal)
     Türk tarixini yalnız türk yaza bilər.(Əbdülqazi Bahadurxan)
     Dünyada iki bilinmnəyən şey var.Biri qütblərdir,digəri türklər(Albert Sorel)
     Qılıncı məharətlə işlədən türk əli,məğlub etdiyi insanların yarasın sarımaqda ustadır.(Lord Bayron)                                        Türklər qəhrəmandır,dostlarına zərər verməzlər.Böyük türk millətitutduğu əli buraxmaz,sözündən dönməz,yaxşı və pis gündə dostlarının yanında olar.Belə bir millətlə əl-ələ vermək,yer üzündə hər çətinliyə qalib gəlmək üçün güc qazanmaq deməkdir.(çexiyalı müdrik Comenius)
      Türklərin əsilzadəliyini göstərən digər hisslər ,yəni ən kiçik yaxşılıqlara qarşı bəslədikləri minnətdarlıq və şükranlıq duyğusu.Böyük nəzarətlə edilən qonaqvərvərlik adətləri,heyvanlara qarşı rəhmli olduqları faktını da danmaq olmaz.(Edmondo de Amicis)
      Türkərin tək sonsuz bir cəsarəti deyil,iradələri gicləşdirən bir sehrbaz zəkası vardır.Budur Türk ,bu zəkası ilə zəfər qazanar.Sivilizasiyalar yaradar və insanlıq dünyasında ən şərəfli xidməti bacarır.Onsuzda Avropanın yarısını əsrlər boyu boyunduruq altına almaq başqa cür mümkün ola bilməzdi( rus komandiri Çarnayev)
       Döyüşün zövqünü almaq istəyən hər kəs Türklərlə döyüşməlidir.(ingilis komandiri Tovsend)
     Və başqa deyimləri əlavə etmək olar.Budur türk milləti.Amma bu gün təəssüfləndirici məqam türk xalqlarının bir-birindən uzaq düşməsidir."Qara dastan"əsərində Almas İldırım yazdığı kimi
 
Türk elləri bir-birinə yadlaşır.
Qazax,qırğız,türkmən,özbək adlanır.
Biz dünyanın hansı yerdə olmasından aslı olmayaraq türk soyundan olanların talelərinə biganə yanaşmamalı,əlaqələri genişləndirməlik.

     Çanaqqala döyüşünün nıəticəsidir ki,bu gün Türkiyə ayaqda durur və dünyanın hegamon dövlətləri atacağı addımda Türkiyənin baxışın dəyərləndirir və hesablaşmalı olur.XX əsrin əvvəlllərində Avropada vəziyyət son hədd gərginlik içində idi.İqtisadi rəqabət ,millətçilik Avropanı iki hissəyə bölürdü.
 
Almaniya -Fransa və Rusiya -Avstiriya arasında çəkişmələr gərdinliyə səbəb olmuşdu.1914-cü il 28 iyun da Avstiriya -Macarıstan imperatorluğu vəliəhdi Arşidük Ferdinandın bir serb millətçisi tərəfindən öldürülməsi bu gərginlinliyə son nöqtəni qoymuş oldu.Bununlada I dünya müharibəsi Avstirayanın Serbiyaya müharibə elanı ilə başlamış oldu.Bir yandan Almaniya,Avstiriya-Macarıstan və İtaliyadan ibarət İttifaq Dövlətləri , bir yandan da İngiltərə, Fransa və Rusiyadan ibarət üçlü Antanta Dövlətləri sonda Avropanı iki hissəyə bölmüş oldu.Müharibə elanlarından sonra İtaliya tərəfsizliyin bildirsədə, bir ill sonra Antantaya qoşuldu.Osmanlı imperatorluğu tarixin gördüyü ən geniş sərhədlərə sahib olmuş,daxilindəki, müxtəlif inanclar və xalqlarla təxmini 600 il sürən səltənəti XX əsrin əvvəllərində itirirdi.
 
Xarici və daxili yaşadığı mücadilələr  Osmanlı dövlətini olduqca zəiflətmişdi.Gücünü və torpaqlarını itirirdi.Son olaraq Trablusqarp və Balkan savaşları ilə ard-arda məğlub olan Osmanlı Dövlətinin digər torpaqlarının bölüşdürülmə siyasəti aparılır bu istiqamətdə danışıqlar və planlar cızılırdı.
   Rusiya boğazları ələ keçirib dənizlərə sahib çıxmağı,İngiltərə Süveyş və Hind yolunun təhlükəsizliyi  üçün Fələstini ələ keçirmnəyi planlaşdırırdı.Fransa Livan, Suriya və Kilikiyada maraqları,Almanların şərqə yayılma siyasəti,İtaliyanın Antaliyaya sahib olmağı planlaşdırırdı. I Dünya müharibəsi başlayarkən Osmanlı dövləti Antanta dövlətləri ilə birlikdə olmağa niyyətləndisədə,Rusiyanın bu duruma soyuq yanaşması Osmanlı dövlətini Almaniyaya yaxınlaşdırdı.2 avqust 1914-cü ildə Alman-Türk İttifaqı yarandı.Bu tarixdən sonra avqustun 10-u İngilis donanmasından qaçan Qoeben və Breslau adlı alman savaş gəmilərinin boğazlardan keçməsinə icazə verən Osmanlı dövləti bundan sonra boğazlardan gəmilərin keməsinə qadağa qoydu.Qouben və Breslau gəmilərinin Osmanlı tərəfinə keçməsi Antanta dövlətləri tərəfindən bir mənalı qarşılanmayacağın bilən Osmanlı dövləti bu iki gəmini ingilislərə sifariş etdiyi və hətta pulunda ödədikləri halda almadıqlarını bildirdi.Bu iki gəmini də həmin sifariş olunan gəmilərin əvəzinə aldıqların açıqladı.Beləcə Yavuz və Midili adı verilən bu iki savaş gəmisi Osmanlı dövlətinə qatılmış oldu.
 
Osmanlı dövlətinin tabeliyində olan boğazlar Avropa üçün xüsusi əhəmiyyət kəsb edirdi.Antanta dövlətləri boğazlara sahib olacaqları halda Rusiyaya yardım edə biləcəyi,Almaniyadan yardım ala bilməyən Osmanlı dövlətinin zəifləməsi və tək başına qalıb planlanmış barışa gedəcəyi düşünülürdü.Ayrıca boğazları qazanmaq İstanbulu ələ keçirib,bütün Avropa üzərindən mənəvi tənəzzülə səbəb olmaq idi.Tərəfsiz qalan ölkələr bu uğura biganə qalmayıb,Antanta dövlətlərinə qoşulacağı gözlənilirdi.Bu düşüncələrlə İngiltərə Osmanlıya 28 yanvar 1914-cü ildə  savaş qərarı aldı və bu qərara Fransada qoşuldu.
 
Boğazlar hədəf olduğundan savaş əsasən dənizlə oldu.Dənizlərə hakim olan dünyaya hakim olar düşüncəsi ilə hərəkət edən ingilislər ,tarixində heç vaxt məğlub olmayan donanması,texnologiyası,silah-sürsatı və peşəkarlığı baxımından Osmanlıdan dəfələrlə üstün durumda idi.Dünyanın ən böyük donanmasına Fransanın da yardımı ilə ən böyük armadanı təşkil etmiş durumda olan ingilislərlə üz-üzə gəlmək arzu olunası hal deyildi.Bu donanmaya qarşı gələcək qüvvə düşünülmürdü.
 
Psixoloji məğlubiyyəti,texnologiyada ingilislərə uduzan,parçalanmaq üzrə olan Osmanlı dövlətinin bu armada qarşısında dayanması heç inandırıcı deyildi.Antanta dövlətlərinin dəniz hərəkatı 19 fevral tarixində baş tutdu.13 marta kimi düşmən gəmiləri mövqeləri top atəşinə tutaraq,mina axtarma gəmiləri olduqca yol açmış oldu.Boğazları keçə biləcəyinə inanan düşmən qüvvətləri qərarlı və dirənişli bir qarşılıq almaları bu işin düşündükləri kimi asan olmayacağın göstərirdi.
 
Bir ay ərzində minlərlə mərmi atışından sonra elə də nəızərə çarpacaq  irəliləyiş əldə edilməmişdi.18 marta qədər olan zamanda bağazın girişində olan Rumeli yaxınlığında olan Səddülbahir və Ərtoğrul istehkamları ilə ,Anadolu yaxınlığındakı Qumqala və Orxaniyə istehkamları top atəşinə tutulmuşdu.Boğazın giriş qapıları aralanmış,amma qarşıda nələrin olacağı sual altında idi.Günün sonuna kimi nə ilə qarşılaşacaqları bilinmirdi.Artıq plan cızılırdı,Osmanlıya boğazlar vasitəsi ilə necə yiyələnmək olar.
 
"A savaş xətti" adlanan plana görə Quen Elizabetin hədəfi Rumeli Məcidiyyə istehkamı,Lord Nelsonun hədəfi Namazgah istehkamı,İnflexiblenin hədəfi isə Rumeli Hamidiyyə istehkamı idi.18 mart günortaya yaxın plan üzrə atəşə başlandı.Məsafə uzaq olduğundan Türk batareyaları savaş gəmilərinə qarşılıq verə bilmirdi.
 
Digər tərəfdən "B xətti" planı Sufren ,Boiuvet,Qoulois,Çarlemaqneadlı dörd Fransız gəmisi ilə Triump və Prins Gerge adlı iki ingilis savaş gəmisindən təşkil olunan dəstə hərəkətə keçdi.Yavaş-yavaş irəliləyən gəmilər türk batariyalarının mərmi atəşi altında "B xəttinə" yaxınlaşırdı.Qarşılıqlı atışmalar zamanı özündə güc saxlayan yalnız mərkəz batariyalar idi.900 metr içəri  girməyi bacaran gəmilərə atışlar artıq gəmilərə tuş gəlidi.İki ingilis gəmisi Triump və Prins George "A xətti"nin Rumeli Məsudiyyə  və Yıldız istehkamlarını hədəfləmişdi.Rumeli mərkəz batareyaları artıq mərmi altında idi.Mərmilər telefon xəttlərin sıradan çıxarmış,yanğınlar yaratmışdı.Rumeli Məcidiyyə topçuların şəhid olması ilə müdafiəsiz qalmışdı.Artıq türk batareyaları üzərində yetərincə üstünlük təşkil edən qüvvələr birdən gözlənilmədən Sufren böyük sürətlə boğazı tərk etməyə başladı.Bunun ardınca Bouvet savaş gəmisidə boğazları tərk edirdi.
 
"A xətti"ni keçən zaman Fransız gəmisi Bouvetdə partlayış oldu.Quen Elizabet və Aqamendən savayı bütün gəmilər atəşi kəsdilər.Qoulis gəmisi ağır itkilərlə boğazı tərk edirdi. Mərmiyə çarpan İnfexible gəmisinin vəziyyəti ağır olsada Bozca adaya çata bilmişdi.Anadolu Hamidiyyə istehkamı hasar olunmadığından İrristable gəmisi atəş edirdi.Bu zaman İrristable gəmisinin yanında güclü atəş səsləri eşidildi.Uzaqlaşmaq istərkən başqa bir minaya dəydi.Bu yerlərə bir gün öncə Nüsrətin tökdüyü minalar heç hasabda yox ikən can alırdı.
    18 martda yaşananlar çaşqınlıq yaratmışdı.Amiral de Robek və Çurçil hələdə donanma ilə boğazlardan İstanbula çıxa biləcəklərinə inanır və yeni plam cızılırdı.Çanaqqala savaşında dəniz hərəkatının uğursuzluğu səbəbindən , yenidən hücüm edilməsi və planın quru -torpaq üzərindən olması fikri irəli sürülürdü.Yunanıstan Gelibolu yarımadasını işğal etmək, mümkün olduğu təqdirdə İstanbul üzərinə getmək və İngiltərəyə üç qoşundan ibarət bir qüvvət verəcəyin vəd edirdi.İngilis və Fransızlar təklifi müsbət qiymətləndirsədə,ancaq Rus çarı İngilis səfirliyinə heç bir şərt altında Yunan əsgərlərinin İstanbula girməsinə icazə verməyəcəyini bildirmişdi.
     Londonda ikili fikir var idi. Donanma ilə ,yoxsa quru  ilə hücuma keçilsin.Quru qoşununa ehtiyac duyulurdu.Nəhayət quru və dənizdən bir yerdə hücuma keçirilməsi dəqiqləşdi.Osmanlı tərəfi isə18 martda qazandığı zəfərlə özlərinə olan inam artmışdı.Çanaqqaklanın boğazlardan keçirilməyəcəyini bütün dünyaya göstərmişdi.Bu zəfərin ardından Müttəfiklərin qaçılmaz quru hərəkatına qarşı hazırlıqlara başlanmışdı.Çanaqqalada 5-ci ordu düzəlmiş, başına Marşal Liman van Sandres gətirilmişdi.Ətrafa tikanlı məftillər  çəkilir,önəmli olan yerlərdə mövqe tutulur,müttəfiklərin hər hərəkəti izlənilir və gözlənilirdi.Digər tərəfdə Ehtiyat ordu başında polkovnik-leytinant Mustafa Kamal idi.
 
Bu aralar itkilər vermiş və silah-sürsatı azalan Osmanlı dövlətinə əlavə güc lazım idi.Bu gücü hava ilə hücumda görür,və bu istiqamətdə illər öncə 1911-ci ildə Müdafiə naziri Mahmud Şəvqət Paşanın təşəbbüsü ilə Türk hava qüvvətlərinin təməli qoyulmuşdu.Mahmut Şəfqət Paşa maaşının bir hissəsin təyyarə almaq üçün kompaniya başlamışdı.İki təyyarə üçün qısa bir zamanda pul yığılmışdı.Yaşılköy Safra düzənliyində Quru təyyarə məktəbi,Yaşılköy Fənəri yaxınlığında dəniz təyyarə məktəbi qurulmuş və hava qüvvətlərinin inkişafı üçün Osmanlı dövləti əlindən gələni edirdi.Bu sahədə seçilən əsgərlərdən ibarət Qoşunda yaradılmışdı.
 
Artıq Osmanlı təyyarələri əks tərəfdə olan hadisələri izləyir,düşmənin silah-sürsatın,təxmini əsgər sayın ,hansı mövqedən hücum edəcəyin öyrənirdi.Çanaqqala quru döyüşləri başlandığı zaman Mustafa Kamal Paşa Qaratəpə və Səddülbahirdən hücum edəcəyin bildirsədə,alman sərkərdəsi Fon Sandres isə Bolayir və Anadolu yaxınlığından hücum ediləcəyin söylədi.Burada alman sərkərdəsinin qərarı üzərində dayanıldı ,çoxsaylı əsgərlər də bu istiqamətdə yerləşdirilib, mövqe tutdular.Lakin düşmən Mustafa Kamal Paşanın dediyi istiqamətdən 25 aprel taxində hücuma keçəsi oldu.Mustafa Kamal Qocaçiməndə,Conkbayırda döyüşürdü.Ağır döyüşlər zamanı mərmilərin tükəndiyi vaxt Mustafa Kamal Paşa süngülərin silahlara keçirilməsin əmr etdi."Mən sizə ölməyi əmr edirəm,Bİz öldükdən sonra yerimizxə digər qüvvələr gələcək".Bu nitq əsgərlərdə ruh yüksəkliyi yaradırdı.Şəhid olan əsgərlərin yerinə başqaları gəlir və sipər döyüşü kimi səciyyələndirmək olar.Qumqala,Bolayır,Arıburnu,Beşikə,Səddülbahir,Qaratəpə,Conkbayır və Anafartalarda qızğın döyüşlər gedirdi.Hər iki tərəf ağır itkilər verdilər.
 
Beləcə 20 dekabrda artıq Anafartalar və Arıburnu cəbhəsi,8-9 yanvarda isə Səddülbahir düşmənlərdən azad edildi.Beləcə 1916-cilin baharında böyük ümidlərlə gələn  düşmən qüvvələri bu ilin qışında geri çəkilməli oldu.Bu döyüşlərin başlanğıncından sona qədər tökülən qanların hədər yerə tökülməməsi sübut olundu.Böyük şair Məhəmməd Hadinin bir beytilə ilə desək:"Türkün tökülən qanları bihudə gedərmi?Diqqətlə düşün ,yoxsa bu qan hepsi hədərmi?"
   Çanaqqala döyüşləri zamanında dünyaya səs sala bildi.Döyüşlər zamanı yaralı düşmən əsgərlərinə qayğı göstərilməsi bu yalnız türkə məxsus simadır.Döyüşlərdə qadın nişançıların , 276 kq-lıq mərmini inanılmaz formada topa qoyub atəş açanın ,sağ əlin itirib sol əli vuruşanların və s. şücaət göstərən insanların şahidi oluruq.Osmanlı dövlətinin bu döyüşü əslində birlik döyüşü idi.Tərkibində olan müxtəlif xalqlarda türklər kimi əzmkarlıqla savaşdı.Azərbaycandan bu döyüşlər gedib döyüşənlərin sayı təxmini 2 min qeyd olunur.
  
   Türklər Çanaqqalada ən müasir silahlarla silahlanmış güclər qarşısında bir qala kimi dayanmışdır.(İngiltərənin baş naziri Uinston Çörçil)
   Türk əsgərlərinin döyüşdə göstərdikləri igidliklərin nəzərə alınmaması ingilislər üçün fəlakət oldu.(ingilis generalı Oqlander)
   Çanaqqala savaçları,modern savaş tarixində birləşmiş quru və dəniz savaşlarının başlanğıcı və ilkidir.(Yapon professor Hideo Miki)
 
ULU YOL Gənclər Təşkilatının sədri:Saday Fərəcov

 
 
      

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300