Uluyol.info xəbər verir ki, "Milletinsesi.info" saytına məlumat verən mənbənin məlumatına görə, Neftçalada artıq icra başçı İsmayıl Vəliyev rayonu öz şəxsi mülkiyyəti kimi istifadə edir. Belə ki, rayon sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, İsmayıl Vəliyevin rayonda mal-qara ferması, taxıl sahələri, bazarı fəaliyyət göstərir.
 
Hətta bu yaxınlarda yayılan məlumata görə, Neftçala rayon icra başçısı İsmayıl Vəliyevə məxsus bazarda alış-verişi gurlaşdırmaq üçün bütün büdcə təşkilatlarının işçilərinə əmr edib ki, maaşlarını Kapital Bankın ona məxsus bazarın yanında qoyulmuş ATM-indən alsınlar. Ondan başqa idarə işçilərinə bərk bərk tapşırılıb ki, bayram bazarlığını da ancaq İsmayıl Vəliyevin bazarından etməlidirlər. Kim bu yazılmamış əmrdən çıxsa işinə vida etməli olacaq.
 
Digər məlumatda isə bildirilir ki, dünən İsmayıl Vəliyevin fermasına çaqqallar hücum edərək, bir neçə quzusun yeyib. Buna bərk qəzəblənən başçı çobanlarını cəzalandırmaq üçün həmin çaqqalları dərhal tapıb zərərsizləşdirmələrini tapşırıb. Əks halda çobanları qovacağı ilə hədələyib. Ən maraqlısı isə odur ki, başçı İsmayıl Vəliyev indi də Neftçalada xiyar-pomidor plantasiyası yetişdirməyə başlayır. Xiyar-pomidor plantasiyasınında yelpənək sort xiyar, ana ureyi sort isə pomidor yetişdiriləcək, Artıq plantasiyanın qurulması üçün Neftçala suvarma sistemləri idarəsinin həyətinə lazımı materiallar gətirilib. Yəqin ki, başçı İsmayıl Vəliyev plantasiyada yetişən xiyar-pomidorları da öz bazarında satdıracaq və bütün büdcə təşkilatlarının işçilərinə əmr edəcək ki, hamı bazardan bu xiyar-pomidorlardan alsın.
 
Mənbənin məlumatlarını dəqiqləşdirmək üçün Neftçala icra hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaqda, bayram günləri olduğuna görə bu istəyimiz alınmadı. 
 
Məsələ ilə bağlı qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300