ABŞ-ın İranın raket proqramına dair atdığı  son addımlara cavab olaraq, İran öz raket potensialını daha çox artıracaq. APA-nın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

 

"Biz öz raket proqramımızın inkişafı üçün heç bir məhdudiyyət tanımırıq. Çünki, bu proqramın nüvə silahı ilə heç bir əlaqəsi yoxdur”, - deyə Məhəmməd Cavad Zərif bildirib.

 

Ağ evdə prezident seçkiləri ilə əlaqədar baş verəcək dəyişikliklərin Nüvə Proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planına (HBFP) mümkün təsirinə gəldikdə isə  İran XİN rəhbəri  bildirib ki, HBFP ABŞ hökumətinin hüquqi öhdəliyidir və Ağ Evdə kimin rəhbər olacağından asılı deyil. "ABŞ hökuməti üzərinə götürdüyü öhdəliyi əməldə yerinə yetirməyə borcludur. Bu öhdəlik kağız üzərində qalmamalıdır”, - deyə Məhəmməd Cavad Zərif bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300