cccfa84d-e05f-4c6a-96a3-63399354dc8b_292Bunu "Report”a açıqlamasında Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin psixoloqu Asəf Kərimov deyib.

O bildirib ki, texnologiyaların uşaqlara mənfi təsirini üç qrupa – fiziki, psixoloji və sosial təsirlərə bölmək lazımdır.

A.Kərimov qeyd edib ki, valideyn nəzarəti olmadan və lazımi qaydada istifadə edilməyən müasir texnologiyaların uşaqlara mənfi təsirləri daha böyük olur.

Psixoloq fiziki zərərlərə gözün zəifləməsi, fiziki inkişafdan qalma, fiziki çalışmalar edilmədiynə görə immun sisteminin zəifləməsi, vaxtında qidalanma ilə bağlı problemlərin daxil olduğunu bildirib: "Psixoloji baxımdan uşaq informasiyadan asılı olur, real ünsiyyətdən qaçır, virtual ünsiyyətə meyl göstərir, özünün digər qabiliyyətlərini inkişaf etdirmir, təhsildən geri qalır, uzunmüddətli və məqsədyönlü yadda saxlamada problemlər özünü göstərir.

Ətrafda onu emosional baxımdan cəlb etməli olan bir çox real gözəllikləri duya bilmir. Bu zaman canlı təbiətə laqeyd münasibət yaranır, digər zövq alınması mümkün olan obyektlər ikinci plana keçir”.

O bildirib ki, ən qorxulu hal uşaqların zərərli informasiyanın təsiri altına düşməsidir. Psixoloqun sözlərinə görə, xüsusilə daha çox oynanılan şəbəkə oyunlarında aqressiya daşıyıcısı olan döyüş oyunları, yarış oyunları onların aqressivliyinə səbəb olur: "Uşağın şəxsiyyətinin formalaşmasında bədii ədəbiyyatda olan müsbət və mənfi obrazların rolu böyükdür. Bədii ədəbiyyatdan alınan informasiyanın yerini oyun qəhrəmanlarının obrazları tutur. Onların davranışı da real sosial davranışdan çox fərqlənir və şəxsiyyət bu informasiyanın təsiri altında formalaşır. İnternet asılılığı artıq psixi problem kimi tədqiqatçıların diqqət mərkəzindədir”.

A.Kərimov onu da vurğulayıb ki, uşaqların müasir texnologiyalardan asılılığı sosial davranış və qaydaların pozulmasına gətirib çıxarır. Real ünsiyyətə girə bilməmək, cəmiyyətdən təcrid və qapalılığa gətirib çıxarır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300