Türkiyədə saxlanılan 14 azərbaycanlı İŞİD-çi barədə AÇIQLAMA
 
Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən keçirilmiş əməliyyatda həbs olunduğu deyilən 14 Azərbaycan vətəndaşı ilə bağlı Türkiyə Daxili İşlər Nazirliyinə sorğu göndərilib.

Uluyol.info  Bizimyol.infoya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyindən BBC Azərbaycan-a bildiriblər.

Səfirlikdən deyiblər ki, Azərbaycan Daxili İşlər Naziriliyinin Türkiyədəki nümayəndəsi bəhsi keçən şəxslərin vətəndaşlıq mənsubiyyətinin araşdırılması üçün müvafiq strukturlara müraciət edib.

"Hazırda səfirlik bu müraciətin cavablandırılmasını gözləyir", - səfirliyin nümayəndəsi bildirib.

İŞİD qruplaşmaşına qoşulmaq üçün Azərbaycan, İndoneziya, İraq, Qırğızıstan, Tacikistan, İran və Əfqanıstandan gələn 38 nəfər təhlükəsizlik qüvvələri tərəfindən keçirilmiş əməliyyatda yaxalanıblar.

Yaxalananlardan 15 nəfəri uşaq, 10-u qadındır, Türkiyə mətbuatı yazıb.

Məlumatlara əsasən, saxlanılan şəxslər arasında 14 nəfəri Azərbaycan vətəndaşıdır. Əməliyyat zamanı yaxalanmış şəxslər tibbi nəzarətdən keçirildikdən sonra öz ölkələrinə deportasiya ediliblər, məlumatda deyilir.

Ötən ilin noyabrında da Türkiyə sərhədçiləri İŞİD-ə keçmək istəyən bir ailə üzvləri olan dörd Azərbaycan vətəndaşını saxlamışdı. Onlar müvafiq araşdırmadan sonra Azərbaycana ekstradisiya edilmişdilər.
 
 
uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300