"Türkiye” qəzetinin köşə yazarı Fuad Uğur bugünkü yazısında Fətullah Gülənin qardaşının ölümü ilə bağlı müəmmalı hadisə haqda yazıb.

Avropa.info xəbər verir ki, bir neçə ay bundan əvvəl xəstəxanada vəfat edən Seyfullah Gülənin Gülən şəbəkəsi tərəfindən öldürülməsi ilə bağlı yayılan iddia Ərzurumda qalmaqala səbəb olmuşdu.

Köşə yazarı Fuad Uğur da yazdığı son yazıda bu qalmaqala yer verib. Həmin yazını sizə təsdiq edirik.
"Bu iddia son bir ildə Ərzurumda dildən-dilə keçən bir iddiadır. 

Kiçik bir qız uşağına oğulları ilə birgə dəfələrlə təcavüz etməkdə ittiham olunaraq haqqında cinayət işi açılan Seyfullah Gülənin öldürüldüyünü, bunu edənlərin isə Gülənçilərin olduğunu deyirlər. 

Fətullah Gülən vicdan hissindən bu qədər uzaqlaşa bilərmi? Bu haqda danışanlar acıyaraq gülümsəyirlər.
İddialara görə, Seyfullah Gülən Gülənçi prokurorlar və bürokratlar tərəfindən vaxtilə bağlanan cinayət işi yenidən açılmasın deyə öldürülüb.  

Çünki 17-25 dekabr dövlət çevrilişi uğursuzluğundan sonra cinayət işi yenidən açıla bilərdi. Fətullah Gülən adının ləkələnməsini, gələcək layihələrinin iflasa uğramasını istəmirdi. 

Gülənin adının açıqlanmasını istəmədiyi bir yaxın adamı hadisə haqda bunları deyir:

 "Seyfullah qardaş iki il əvvəl miokard infarktı keçirmiş və Gülən şəbəkəsinə məxsus xəstəxanaya aparılmışdı. Mən onun baxıcısı idim. Əslində vəziyyəti yaxşı idi, xəstəxanadan çıxması gözlənilirdi. Axşam saatları idi. O zaman camaatın məxfi üzvləri xəstəxanaya girib-çıxmağa başladılar. Birdən vəziyyətdən təlaşlandım və onların arasından tanıdığım birinin yanına gedib, "Xeyirdir, nə isə olub?” – deyə soruşdum. Mənə arvadını xəstəxanaya gətirdiyini dedi. Ağlıma qurd düşmüşdü. Araşdırdım, xəstəxanada arvadı yox idi. Sonra xəstəxana işçiləri yanıma gəlib təşəkkür etdilər, artıq gedə biləcəyimi dedilər. İnanıb getdim. Sona dözə bilməyib geri döndüm. Öyrəndim ki, sapsağlam adam komaya girib və reanimasiyaya aparılıb. Beynini əməliyyat edəcəkdilər. İnfarkt keçirmiş adamın beynində nə problem ola bilər deyə fikirləşdim. Oğlu Kamal Gülənə vəziyyəti izah etmək istədim, amma çəkindim. Seyfullah Gülən o, əməliyyatdan sağ çıxmadı. Mən qurama bir əməliyyatla öldürüldüyünə inanıram”.

Seyfullah Gülən 27 noyabr 2014-cü ildə ölüb. O, eyni zamanda Gülənçilə arasında populyar olan "Samanyolu” kanalının diktoru Kamal Gülənin atası idi. 

Seyfullah Gülən haqda iddialar çox şokedicidir. Hadisəni danışanlar bu ölümün mütləq araşdırılmasının istəyirlər. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300