Bu gərginliyə əsas səbəb Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur

'Bu kimi gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur''

Cəbhədə yaranmış son gərginliklə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının xarici işlər naziri və hal-hazırda ATƏT-in fəaliyyətdə olan sədri Frenk Valter Ştanmayer və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə telefonla danışıb.

XİN-dən "Report"a verilən məlumata görə, Elmar Məmmədyarov Ermənistanın qoşunların təmas xəttində yaranmış gərginlik ilə əlaqədar həmkarına məlumat verib.

O bildirib ki, mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca ağır atəş vasitələrindən istifadə etməklə Ermənistan tərəfindən Azərbaycan silahlı qüvvələrinin mövqeləri intensiv atəşə tutulub. Mülki insanların təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatçı addımlarının qarşını almaq üçün Azərbaycan silahlı qüvvələrinin zəruri cavab tədbirləri gördüyünü deyən nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən atəşkəsin pozulmasının davam etdirildiyini qeyd edib. O əlavə edib ki, bu kimi gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur.

Elmar Məmmədyarov gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olmaq üçün beynəlxalq ictimaiyyətin tələbi ilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarovun digər həmkarları ilə də təmasları nəzərdə tutulub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300