"İnsanlar kütləvi şəkildə cəbhə üçün qan verirlər”.

 

Bunu Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva Lent.az-a açıqlamasında deyib.

 

P. Hacıyevanın sözlərinə görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gedən döyüşlər barədə xəbərlər yayıldıqca, vətəndaşlar cəbhə üçün əllərindən gələn yardımı etməyə çalışırlar: " İnsanlar cəbhədə yaralanan əsgərlərimizə yardım etmək istəklərini qan verərək nümayiş etdirirlər. Hazırda vətəndaşların qan vermək üçün Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankı və onun bölmələrinə kütləvi şəkildə axını müşahidə olunur. Artıq bir neçə gündür ki, qan vermək istəyən insanların ardı-arası kəsilmir. Təkcə bu gün ərzində Respublika üzrə 2000 nəfər insan qanvermə aksiyasında iştirak edib. Son günlər toplanan qan komponentlərə ayrılaraq cəbhə bölgəsində yerləşən xəstəxana və hospitallara göndərilib. Hazırda Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatı var”.

 

P.Hacıyeva Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankı adından donorluq edən hər bir vətəndaşa minnətdarlığını bildirərək deyib ki, onların verdikləri hər damla qan cəbhədə yaralanan hərbçilərimizin həyatda qalması üçün mühüm amil olacaq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300