Cəbhə zonasında üç gün davam edən döyüşlərdən qaçan ermənilər atəşin dayandırılmasından sonra da geri qayıtmaq istəmirlər.

Bu barədə Ermənistanın "armenianreport” saytı yazıb.

Sayt qeyd edir ki, Xankəndində insanlar hələ də təşviş içindədir: "Evlərini tərk edənlər geri qayıtmaq istəmirlər”.

Xankəndi sakini Artak Allahverdiyan deyir ki, o, tezliklə Rusiyaya getmək niyyətindədir.

"Ümidimiz Rusiyadır. İnanıram ki, oradakı qardaşlarımız bizi qəbul edəcək, tək qoymayacaq”, - deyə o bildirir.

Xankəndində orta məktəb müəlliməsi Qayena Muradyan da artıq orada yaşamaq istəməyənlərdəndir. Onun sözlərinə görə, döyüşlər başlayandan məktəbin çox müəllimi köçüb gediblər: "Onlar yəqin ki qayıtmayacaq. Belə olanda məktəbin gələcək fəaliyyəti sual altındadır”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300