ATƏT Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Minsk qrupunun həmsədrləri adından çıxış edən amerikalı həmsədr Ceyms Uorlik və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ATƏT-ə üzv olan 57 dövləti Dağlıq Qarabağ münaqişəsində son baş verən hadisələrlə bağlı məlumatlandırıb.

 

APA-nın qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, C. Uorlik və A. Kaspşik hərbi əməliyyatların dayandırılmasını alqışlayıb, tərəfləri atəşəkəsə hörmətlə yanaşmağa çağırıb.

 

Onlar vurğulayıblar ki, davamlı atəşkəs əsasında siyasi proesə qayıtmaq çox vacibdir.

 

ATƏT-ə üzv olan dövlətlər razılığa gəliblər ki, son eskalasiya çox narahatlıq doğurur və ATƏT-in münaqişənin sülh yolu ilə həllini asanlaşdırmaq üçün mərkəzi rol oynamağa davam etməsi vacibdir: "ATƏT-ə üzv olan bütün dövlətlər Minsk qrupunu və həmsədrlərin fəaliyyətini dəstəkləməlidir”.

 

Qeyd olunub ki, həmsədrlər tezliklə A. Kaspişklə birlikdə regiona səfər edəcəklər.

 

Bununla yanaşı, A. Kaspşikin vəziyyət imkan verən kimi hərbi eskalasiya baş vermiş bölgələrə baş çəkəcəyi bildirilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300