Özbəkistanın Podrobno.uz portalı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin ermənilərin Dağlıq Qarabağdakı təxribatlarını pisləyən bəyanatını yayıb.

 

AzərTac xəbər verir ki, bəyanatda bildirilir: Özbəkistandakı Azərbaycan diasporu Dağlıq Qarabağda hərbi vəziyyətin gərginləşməsindən narahatdır və ermənilərin təxribatlarını qətiyyətlə pisləyir. İyirmi ildən artıqdır ki, Azərbaycan torpaqları qonşu Ermənistan tərəfindən işğal edilib, bir milyon dinc sakin öz doğma torpaqlarından qovulub və Azərbaycanın digər ərazilərində qaçqın, köçkün kimi yaşayır”.

 

Bəyanatda qeyd edilir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz geri qaytarması ilə əlaqədar dörd qətnamə qəbul edib, bir sıra digər beynəlxalq təşkilatların sənədləri də var. Bununla belə, ermənilər torpaqları sülh yolu ilə geri qaytarmır”.

 

Özbəkistandakı Azərbaycan diasporu Ermənistan hökumətini və silahlı qüvvələrini Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarmağa çağırır.

 

Sənəd BMT, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa İnsan Haqları Məhkəməsi, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlara, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinə göndərilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300