Polşa hökuməti istefaya getdi
 
Polşa hökuməti baş nazir Yeva Kopaç daxil olmaqla istefa verib. APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, qərar baş nazirin rəhbəri olduğu "Vətəndaş platforması” partiyasının 25 oktyabr tarixli parlament seçkilərində məğlubiyyətindən sonra verilib.     
 
Qeyd edək ki, Polşa prezidenti Andjey Duda məsələ ilə əlaqədar baş nazir Yeva Kopaç ilə görüşüb və rəsmi olaraq onun  istefasını qəbul edib.  
 
Qeyd edək ki, Yaroslav Kaçinskinin lideri olduğu "Qanun və Ədalət” partiyası Polşa parlamentində mandatların əksəriyyətinə sahib çıxıb. Seçkilərin rəsmi yekunlarına əsasən, partiya parlamentdə 235 yer təmin edəcək 37,6 faiz səs toplayıb.  
 
"Vətəndaş platforması” partiyası isə 138  yer təmin edəcək 24,1 faiz səs toplaya bilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300