"Ermənistan-Azərbaycan probleminin həlli istiqamətində Təmas qrupunun yaradılmasına dair qərarı aprelin 14-də dövlət başçıları verəcək”.

 

APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, bu sözləri  APA agentliyinin sualını cavablandırarkən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad Manavi deyib. Təşkilatın İstanbuldakı XIII zirvə toplantısının ikinci gününün sonunda mətbuat konfransı keçirən Manavi, APA-nın "Ermənistan-Azərbaycan probleminin həlli istiqamətində Təmas qrupunun yaradılacağını dediniz. Qrupa daxil olacaq ölkələr məlumdurmu?” - sualına bu şəkildə cavab verib: ”Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması və Dağlıq Qarabağ məsələsinin ədalətli şəkildə həlli üçün Təmas qrupu yaradılması təklifi bugünkü iclasımızda gündəmə gəlib. Bu, bir tövsiyədir, inşallah, dövlət başçılarının aprelin 14-də keçiriləcək toplantısında  qərar da qəbul ediləcək. Təmas qrupuna neçə ölkənin daxil ediləcəyini indidən deyə bilmərəm. İndiyə qədər yaratdığımız təmas qruplarında 15 ölkə təmsil olunub. Ermənistan-Azərbaycan problemi ilə bağlı yaradılmasını tövsiyə etdiyimiz qrupda 20 ölkə də ola bilər. Hər şey ayın 14-də dövlət başçılarının qəbul edəcəyi qərardan asılı olacaq”.

 

 

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısı aprelin 11-də İstanbulda öz işinə başlayıb. Zirvə toplantısında daha əvvəl üzvlüyü dondurulmuş Suriya iştirak etmir, Liviya isə toplantıda təmsil olunub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300