Sabah Ermənistanda anti-Rusiya mitinqi başlayır; düşmən ölkə qarışa bilər
Sabah, aprelin 13-də Ermənistanın paytaxtında Rusiya əleyhinə etiraz aksiyası keçiriləcək. Musavat.com-un Ermənistan mediasına istinadən verdiyi məlumata görə, aksiyaçılar Rusiyanın Qarabağ cəbhəsindəki son hərbi toqquşmalarda tutduğu mövqeyə və Moskvanın Bakıya silah satışını davam etdirəcəyi barədə mövqeyinə etiraz edəcəklər.  
 
Etiraz aksiyası saat 18.30-da İrəvanın Azadlıq meydanından başlayacaqvə Rusiyanın Ermənistandakı səfirliyi qarşısında başa çatacaq. Verilən məlumata görə, etirazçılar Rusiyadan hərbi-siyasi müttəfiqliklə bağlı öhdəliklərini yerinə yetirməsini, Azərbaycana silah satışını dayandırmasını tələb edəcəklər.  Yerli mətbuat bildirir ki, əgər bu tələblərə əməl olunmasa, o zaman erməni cəmiyyətində əslində Rusiyanın müttəfiq olmadığı, eyni zamanda Ermənistanın da müttəfiq kimi öhdəliklərinin qalmadığına birdəfəlik əminlik yaranacaq. 
"Uzun illər boyu Rusiya Azərbaycana 5 milyard dollarlıq silah və döyüş sursatı, o cümlədən kütləvi qırğın silahlarından olan "Смерч” və ТОС-1А "Odsatan” satıb”- Ermənistan KİV-i yazıb. Yayılan xəbərlərdə deyilir ki, Rusiya Azərbaycanın başqa ölkələrdən silahlar almaması üçün bu mövqedən çıxış edir. Ancaq iddia olunur ki, ABŞ, Fransa və bir sıra digər ölkələr guya Azərbaycana silah satmaqdan imtina edib. Ermənilərin fikrincə, əslində bu cür yalançı arqumentlər törədilmiş cinayətə görə məsuliyyətdən qaçmaq üçündür.

Qeyd edək ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozin Ermənistanın tələblərinə cavab olaraq Moskvanın strateji tərəfdaşı kimi Azərbaycana silah satmaqda davam edəcəyini bildirib və bu da erməniləri qəzəbləndirib. Ermənilər Rusiyanı xəyanətdə ittiham edir, ölkənin prezidenti və müdafiə naziri də Azərbaycana silah satılmasına sərt etiraz edib ki, onların Moskva tərəfindən cəzalandırılacağı ehtimal olunur. Bəzi ekspertlərə görə, Sərkisyan xalqın özünə olan qəzəbini soyutmaq, diqqəti özündən yayındırmaq üçün etirazları Rusiyaya doğru yönəldib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300