Türkiyədə 17 telekanalın bağlanması barədə qərar verilib
Türkiyə Radio-Televiziya Ali Qurumu (RTÜK) 17 televiziya kanalının bağlanması barədə qərar qəbul edib.
 
APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb lisenziya almadan
TÜRKSAT üzərindən yayımlanan bu telekanalların  verilişlərində qumar oynatması, saxta
yarışmalar təşkil etməsi, erotik görüntülər yayması, sağlamlığa zərərli malları reklam etməsi olub.
 
Qərara əsasən "Yeşil Vadi TV”, "Atlas TV”, "Can TV", "A Cinema TV”, "Tarz Moda”, "Animalbox”,
"Cinemax”, "The Box”, "The West”, "M. Ankara”, "Club Max TV”, "Ful Aksiyon”, "Mastika TV”,
"Tosun TV”, "Ezo TV”, "Civan TV”, "Arabesk Melodi TV” bağlanacaq. Qərar TÜRKSAT-a təqdim
ediləndən sonra bu kanalların yayımı TÜRKSAT tərəfindən dayandırılacaq

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300