erdogan-saakasvili

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Türkiyə KİV-lərinə müsahibə verib.

Saakaşvili Rusiyanın Türkiyə məhsullarına embarqo qoymasının Moskvaya zərər etdiyini bildirib. O,Dağlıq Qarabağın beynəlxalq hüquqa görə Azərbaycanın ayrılmaz hissəsi olduğunu da vurğulayıb. Saakaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı yaxından tanıdığını və onunla birgə işlədiyini bildirib. "Ərdoğan mənim üçün ilham qaynağı olub. Çox yaxşı bir dostdur. Ərdoğan sadə vətəndaşları çox düşünürdü və mənim fikrimcə onun seçkilərdə bir neçə dəfə qalib gəlməsinin səbəbi budur. O, böyük siyasi işlər görür. Əgər Ərdoğan bir vəd verdisə, nə olursa olsun o sözünün arxasında duracaq. O yalnız yeni Türkiyənin qurucusu deyil, eyni zamanda yeni bölgənin memarıdır. Gürcüstanı Ərdoğansız inşa etmək mümkün olmazdı. Ərdoğan olmasaydı Yaxın Şərqdə bir çox məsələ indikindən daha pis olardı. Mən onun ən böyük heyranıyam. Dünyanın Ərdoğan kimi insanlara ehtiyacı var. Ərdoğanın fərqli fikirləri bir neçə dəfə dünya liderleri tərəfindən tənqid olunsa da, sonradan görüldü ki, o, haqlıdır”. (modern.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300