​Fransanın dövlət katibi: ''Dağlıq Qarabağdakı status-kvo artıq qəbuledilməzdir''
"Qənaətimizcə, Dağlıq Qarabağdakı stutus-kvo gərginliyi artırdığı və münaqişəni bərpa etdiyi üçün artıq qəbuledilməzdir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir Yerevanda jurnalistlərə açıqlamasında bildirib.

"Bizim yanaşmamız belədir - münaqişəni yalnız danışıqlar yolu ilə həll etmək olar", - deyə o söyləyib.

Fransa rəsmisi son zamanlar Yaxın Şərqdən qaçqın axınına da toxunub: "Yaxın Şərqdə münaqişələr davam etdikcə orada ümumi təhlükəsizlikdən söhbət gedə bilməz. Bölgədə Dağlıq Qarabağ münaqişəsinin bərpası riski qaldığından, beynəlxalq təhlükəsizlikdən danışmaq mümkün deyil. Ona görə də ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Fransa münaqişənin dinc yolla həlli üçün bütün imkanlarından istifadə edəcək".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300