"Bunlar getməsə Sarkisyanlar ölkəmizdə at oynadacaqlar"

"Sarkisyan heç kimdir. O Moskvanın oraya təyin etdiyi bir müqəvvadır. Rusiya istəyir ki, Azərbaycanda öz nüfuzunu artırıb, keçmiş imperiyanı bərpa etsin.”


Bu sözləri Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, Putin həm Sarkisyanla, həm də Azərbaycandakı 5-ci kolonun üzvləri ilə işləyir:

"Lavrov, Medvedyev İrəvana səfər etdi. Onlar Sarkisyana gedib təlimat verdilər ki, Azərbaycanı daha da sıxsınlar. Çünki Rusiya Azərbaycanı Avrasiya İttifaqına qoşmaq istəyir. Onlar Azərbaycanı Qərbdən tam olaraq qoparmaq istəyirlər. Bizim ordumuz ilk həmlədəcə böyük bir ərazini ermənilərdən təmizləmişdi. Biz qısa vaxt ərzində torpaqlarımızı azad etmək iqtidarına gəlmişdik. Putin Sarkisyanla yanaşı Azərbaycandakı 5-ci kolona da müvafiq təlimatlar verir. Sarkisyanın qohumu olan içimizdəki sapı özümüzdən baltalar imkan vermədilər ki, İlham Əliyev xalqın Atatürkünə çevrilsin. Sarkisyanın özünün Azərbaycanla qarışığı var. O, Bakıda Ali partiya məktəbində oxuyub. Xankəndində partiya işlərində çalışıb. Hazırda Azərbaycan hakimiyyətində Sarkisyanın qohumları vəzifədədir. Ermənilərə qohumluğu çatan məmurlarımız imkan verməyəcək ki, Qarabağ azad olunsun. Bizim baş nazir Artur Rasizadə təcili olaraq istefa verməlidir. Baş Nazirin ordenli müavini Yaqub Eyyubov da istefaya getməlidir. Hakimiyyətdə 5-ci kolona rəhbərlik edən insanlar təcili olaraq istefaya getməlidir. Bunlar getməsə Sarkisyanlar ölkəmizdə at oynadacaqlar. Mən DTX - dən xahiş edirəm qoy araşdırsınlar görək Xankəndi ilə Bakı arasında telefon danışıqları aparılırmı, bunu iziləsinlər. Onlar Sarkisyanla hakimiyyət daxilində olan şəxslərin telefon danışıqlarını üzə çıxarsınlar. Onda görəciyik ki, ortaya nələr və kimlər çıxır. Bu məsələ aydınlaşsa içimizdəki xəyanətkarlar üzə çıxsa, biz Qarabağə azad edə biləcəyik".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300