Bakıda "Leylək” uşaq bezindən qurd çıxıb. Bu barədə Feysbuk istifadəçisi olan bir ana foto paylaşıb. Onun sözlərinə görə, uşaq üçün aldığı bezi qurd basıb.

O, bu məhsulları almamağa çağırış edib. "Leylək” uşaq bezləri Azərbaycanın ilk yerli uşaq bezi markasıdır. Şirkət İFFA-2010 MMC-nin tərkibində fəaliyyət göstərir. Leylek.az saytında bu firma haqda məlumat yerləşdirilib.

"Leylək” şirkəti özünü tərifləməsinə baxmayaraq, bezindən qurd çıxması ilə artıq hansı keyfiyyətə malik olduğunu nümayiş etdirib. Körpələrin həyatına birbaşa təhlükə yaradan bu fakt kifayət edir ki, "Leylək” rəhbərliyinin məsuliyyət hissi haqda təəssurat formalaşsın.

İstənilən uşaq bezi üç qatdan ibarət olur. Körpənin yumşaq yerini quru saxlayan daxili, hidrofil(suçəkən) təbəqə, ardınca uşağın sidiyini kütləyə çevirən sellioz və geldən ibarət qat, sonuncu qat, uşağın ifrazatının bayıra çıxmasını ənğəlləyən plyonka təbəqədir.
Vaxtı ilə 150-200 qram olan bezin çəkisi bu gün 50 qrama çatıb, qalınlıqda da xeyli fərq var. Artıq illərdir, bütün dünya uşaq bezlərindən istifadə etməkdə davam edir. Hətta yenicə doğulan uşaq bezə bükülür.

Bir bezin qiyməti bizdə 15-20 qəpikdən (yenidoğulmuşlar üçün) başlamasına baxmayaraq hamı istifadəyə çalışır. Amma "Leylək” firması qurdlu bezi ilə bu rahatlığı elə pozub ki, çətin yaxın gələn olsun. Üstəlik, o qədər də populyarlaşmayan firmanın bu faktdan sonra fəaliyyəti ilə bağlı araşdırmaya zərurət var.(tia.az)


 
"Leylək” firmasının bu yazı ilə bağlı mövqeyini dərc etməyə hazırıq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300