dgfsdg

Xəbər verdiyimiz kimi, Türkiyə baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsindən çıxarılıb. Mayın 4-də prezident Rəcəb Tayyib Ərdoğanla Əhməd Davudoğlu arasında təkbətək görüş olub. Görüşdə qərara alınıb ki, mayın 5-də AKP-nin fövqəladə qurultayı keçirilsin.

Bu gün baş tutan qurultaydan sonra baş nazir mətbuat konfransı keçirərək 20 aylıq baş nazirlik dönəmindəki fəaliyyətinin hesabatını verib.

Davudoğlu ilə bağlı Ağ Ev də rəy verib.

Açıqlamada "Türkiyə baş naziri Əhməd Davudoğlunun vəzifədən getməsinin ABŞ ilə Türkiyənin İŞİD terror təşkilatına qarşı əməkdaşlığına təsir edəcəyini düşünmürük. Davudoğlu ABŞ-ın yaxşı müttəfiqi idi” deyə qeyd olunub.(Qafqazinfo)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300