Untitled_13_1

Redaksiyamızın ünvanına "Salyan-Pambıq” Açıq Tiplu Səhmdar Cəmiyyəti ilə bağlı şikayət ərizəsi daxil olub.

Salyan şəhərində yerləşən və Leysanov Bahəddin Dəyyan oğlunun rəhbərlik etdiyi Cəmiyyətdən şikayətçi isə Salyan ilə yanaşı Neftçala rayon sakinləridir. Hər iki rayonun sakinləri adından göndərilən məktubda bildirilir ki, illərdən bəri Qarabağ erməni zülmü, bu iki rayon isə Leysanovun "işğal”I altındadır.

Özünün Salyan, Neftçala, Biləsuvar, Cəlilabad və digər rayonlardakı minlərlə hektar ərazisi olduğu halda vətəndaşların halal torpaqlarını da ələ keçirib və müxtəlif kəndlərdən olan sakinlər onun bu əməlləri ucbatından torpaq üzünə həsrətdirlər.

Bahəddin Leysanov illər öncə Neftçala və Salyan rayonlarının torpaqlarını bələdyyələrdən guya icarəyə götürmək adı altında 99 illiyinə alıb. Həmin ərazilərin bir hissəsində biznes obyektləri qurub, bir hissəsindən isə istifadə olunmur. Hansı ki, həmin ərazilər qanunla yerli sakinlər arasında bölünməlidir. Məktubda bildirilir ki, sakinlər onlara çatacaq torpaq sahələrinin qanunsuz olaraq B.Leysanova verilməsi ilə bağlı Salyanın bundan əvvəlki icra başçılarına və indiki başçı Sevindik Hətəmova, eləcə də Neftçalanın icra başçısılarına və o cümlədən İsmayıl Vəliyevə müraciət etsələr də, heç bir tədbir görülməyib. Tam əksinə, Leysanov Salyan və Neftçala sakinlərinin torpaqlarını mənimsəməkdə davam edib. Hətta hazırda Lənkəranın icra başçısı vəzifəsində olan Taleh Qaraşov Neftçalada fəaliyyət göstərərkən, Leysanovla ortaq olub və bu gün də həmin ortaqlıq davam edir. Ortaq pambıq biznesinə girən Qaraşovla Leysanov hətta pambıq yığımında müəllimlərdən də istifadə edib. Belə ki, T.Qaraşov Neftçalada fəaliyyət göstərərkən, Təhsil İdarəsinə verdiyi təlimatla rayon müəllimləri zorla Leysanovun ərazilərində pambıq yığımına göndəriliblər.  Hətta pambıqa getməyənlərin işdən qovulacağı da bildirilib.

 

Məktub müəllifləri bildiriblər ki, rayonlarda icra başçıları dəyişsə də, Leysanovun işi "xod gedir”. Belə ki, davamlı şəkildə güclənən Leysanovun təkcə Neftçalada iki yanacaqdoldurma məntəqəsi var. Eyni zamanda o Neftçala, Salyan, Şirvan, Sabirabad və Biləsuvar Pambıq Zavodlarının səhmlərinin 50 faizinə sahibdir. Həmin zavodlar işləməsə də, B.Leysanov onların faktiki sahiblərindən biridir.

Qanunsuzluqlarla milyonlara sahib olan bu şəxsin işçiləri ilə kobud davrandığı və onları incitdiyi bidirilir. Faktiki olaraq Leysanovun iki rayonu əsarətdə saxladığı qeyd olunur.

Müəlliflər bildirrilər ki, B.Leysanovun qanunsuz yollarla qazandığı pulla hesabına Bakının müxtəlif yerlərdə onlarla mülkü var. Onlardan biri isə Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşir. Keçmiş "Qarabağ” pioner düşərgəsi kimi tanınan əraziyə yaxın yerdə yerləşən bu villanın 1 milyon dollar qiymətinin olduğu bildirilir.

Məktubda qeyd olunur ki, pulu hesabına oğlu Afəddin Leysanovu Dövlət Yol Polisində yüksək vəzifəyə təyin etdirə bilən B.Leysanov həm də oğlunun əli ilə pul qazanır. Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat imtahan şöbəsinin inispektoru vəzifəsində işləyən B.Leysanov A.Leysanov vasitəsilə el arasında "zerkalno”nömrələr kimi tanınan nömrələrin satışı ilə məşğuldur.(Azerinfo.org)

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300