Ermənilərdən tarixi etiraf - "Qarabağ bizim deyil". Bu fikrin müəllifi ölkənin ali qanunverici orqanının vitse-spikeri Ermine Nağdalyandır. Onun bu çağırışı bədnam qonşularımızın içinə sözün əsl mənasında çaxnaşma salıb. Artıq bir deputat başını götürərək Ermənistanı tərk etdi. Bu onların sonunu yaxınlaşdıran başlanğıcdır.


Aprel ayında ermənilərin Dağlıq Qarabağda yaratdığı gərginlik hayları dərindən düşünməyə vadar etdi. Nəhayət məsələ ölkənin ali qanunverici orqanında muzakirəyə çıxarıldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sərsəm bəyanatlar verən parlament üzvlərinin çıxışları, vitse-spiker Ermine Nağdalyanı özündən çıxardı.


Nağdalyan deyib ki, yeni müharibə regional fəlakət olacaq və həm Rusiya, həm də qərbdən təzyiqlərə İrəvan davam gətirməyəcək. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda dalan situasiyasının yaranmasına az qalıb. Deputata çıxışı zamanı təzyiqlər olsa da, o, nitqini dayandırmayıb.


Ermine Nağdalyanın təklifi tək ermənilərin ali qanunverici məclisində yox, cəmiyyətdə və mediada da "bomba partlayışı" effekti yaradıb. Ermənistan mediası Nağdalyanın çıxışı ilə bağlı xəbərləri "vitse-spikerdən azərbaycanlılara hədiyyə", "erməniyə erməni zərbəsi", "Ermənistan Dağlıq Qarabağ ermənilərini hərraca çıxarır?" və s. bu tipli başlıqlarla təqdim ediblər. Politoloqlar isə Erminenin bu çıxışını "erməni şüurunun qapanması" kimi qiymətləndirib. Beləliklə Ermənistan parlamentində iki tirəlik yaranıb. Hətta müzakirələrə çox az sayda deputat qatılıb. Onlardan birinin iştirak etməməsinin səbəbi məlum olub. Bu "Çiçəklənən Ermənistan” partiyasının deputatı Abraham Manukyandır. Çünki o, ölkədən qaçıb. Manukyan özü ilə birgə partiyaya məxsus təxminən 200 min dollar pul da götürüb. Faktı deputatın parlamentdəki köməkçisi təsdiqləyib.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300