Səlim Müslümovun işçisinin Göyçayda rüşvət görüntüləri – VİDEO
 
Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerlərdəki kadrlarının fəaliyyəti ilə bağlı mediada müxtəlif məlumatlar yayılır. Nazir Səlim Müslümov bu posta oturduğu ilk günlərdə korrupsiya və rüşvətlə kəskin mübarizə elanı versə də baş verənlər bu siyasətin nəticəsiz olduğunu göstərir. Bu dəfə cumhuriyyet.az olaraq Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzinin müdiri Aqşin Qafurov və onun ətrafı ilə bağlı məlumat verəcəyik.

İlk öncə onu bildirək ki, A.Qafurovun adı müxtəlif qanunsuz əməllərlə bağlı hallandırılıb. Belə ki, cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda məlum oldu ki, Aqşin Qafurov sözün həqiqi mənasında regional oliqarxa çevrilib: "Əgər bu deyilənlər yalandırsa o zaman Aqşin Qafurov Göyçay rayonunda inşa etdirdiyi dəbdəbəli villanı, obyektləri, qoyunçuluq təsərrüfatını, yüz hektarlarla torpaq sahələrini hansı vəsaitlər hesabına əldə etdiyini açıqlasın. Göyçay sakinlərinin verdikləri məlumatlarda bildirilir ki, Aqşin Qafurovun rayonun Bığır kəndində iki qoyun ferması fəaliyyət göstərir və həmin təsərrüfatda 1000-ə yaxın qoyun var. Mərkəz müdirinin qoyun ferması ilə bağlı saytımıza göndərilən digər ilginc video məlumatda göstərilir ki, Aqşin Qafurov azğınlaşmış bir məmur olaraq qoyunlarını 13 yaşı olan azyaşlı bir uşağa otartdırır. Həmin uşağın Əhmədov Səbuhi Səməd oğlu olduğu və 500-ə yaxın qoyun otardığı video faktda açıq şəkildə göstərilir. Ən azından Aqşin Qafurovun 13 yaşı olan azyaşlı bir oğlanı çobanı kimi istifadə etməsi bütün çərçivələri aşır.
 
Oxucularımıza göstərəcəyimiz video faktda mərkəz müdirinin 13 yaşlı çobanı azyaşlı Səbuhi Əhmədov açıq şəkildə deyir ki, Aqşin Qafurovun qoyunlarını səhər saat 6-dan axşam saat 20.00-a kimi otarır. Digər ilgin məlumatda isə qeyd olunur ki, mərkəz müdirinin Göyçay şəhərində yerləşən 3 mərtəbəli dəbdəbəli villasının qiyməti təxminən 1 milyon manata yaxındır. Ancaq Aqşin Qafurovun villası biri ilə bitmir. Belə ki, Göyçay rayonun Potu kəndində Aqşin Qafurova məxsus daha bir villa mövcuddur.Bundan başqa mərkəz müdirinin Bakı şəhərində bir neçə evinin, Qəbələdə evinin, İsmayıllı rayonunda torpaq sahələrinin və obyektinin olduğu deyilir”.

Görünən odur ki, Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri dəyəri milyonlarlla manat olan var-dövləti əmək haqqı hesabına əldə etməyib. Çünki Azərbaycan reallığında hansısa bir məmurun və yaxud işçinin əmək haqqı ilə bu qədər var dövlət sahibi ola bilməsi yalnız xəyallarda mükündür. Belə ki, cumhuriyyet.az olaraq bu zamanadək mediada yayılan və təkzib olunmayan məlumatlardan da buna əsas verir: "Göyçay rayon sakinləri bildirirlər ki, Aqşin Qafurov yüzlərlə şəxsi qanunsuz olaraq sosial yardım siyahısına salıb. İndidə həmin şəxslərin yenidən siyahıya salınması üçün çalışır və demək olar ki, istəyinin bir hissəsinə çox asanlıqla çatıb. Çünki öz admlarının sənədlərini ustalıqla saxtalaşıdran mərkəz müdiri onların nazirliyin komputer sistemindən asanlıqla keçməsinə şərait yaradır və Aqşin Qafurovun mərkəzdəki Fuad, Fəhmin, Esmira üçlüyündən ibarət "komandası” həqiqətəndə sosial yardım almaq istəyən vətəndaşları soymaqla məşğuldurlar. Mərkəz müdirinin sosial almaq istəyən vətəndaşlardan nəğd şəkildə 600-700 manat rüşvət alır və bu işdə onun əsas köməkçilərinin Aqşin Qafurovun müavini Fuad Seyidovun, baş müahsibi Fəhmin Cəfərovun və onun baldızı Esmira adlı xanımdır”. Onu da bildirək ki, cumhuriyyet.az-a Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müxtəlif vəzifəli şəxsləri və onların yaxınlarının iştirakçı olduğu bir çox qanunsuzluqları sübut edən video materiallar daxil olub. Hələlik bu görüntülərdən birini, yuxarıda adı çəkilən Esmira xanımın vətəndaşdan 50 manat rüşət almasını əks etdirən kadrları diqqətinizə çatdırırıq:


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300