Baş verənlər əslində, çoxdan daxildə yaşananların üzə çıxmasıdır. Belə ki, Ərdoğan baş nazirliyi və qurduğu partiyanı Davudoğluna əmanət edərkən, hədəf Türkiyədə başqanlıq sisteminə hazırlıq idi. Seçilmiş bir cümhurbaşqanı ilə seçilmiş bir baş nazirin çalışmasının gec-tez problem yaradacağı üçün sistemin dəyişməsi istənilirdi. Lakin Davudoğlu prosesi uzatdı və ardınca 7 iyun seçkilərindəki uğursuzluq başqanlıq sistemini xalqın istəmədiyi ilə əlaqələndirildi.

Ancaq Ərdoğan-Davudoğlu ayrılığında bu, tək faktor deyildi. 7 iyun seçkilərində Ərdoğansız partiya siyahıları hazırlaması, Hakan Fidanı yenə prezidentlə məsləhətləşmədən deputatlığa namizəd etmək istəməsi və bir çox faktor baş nazirin Ərdoğansız siyasət yürütmək istədiyini ortaya qoyurdu. Lakin həm partiya, həm də tərəfdarlar Ərdoğanın olmadığı planı qəbul etmirdilər. Açıqcası, Ərdoğan da qurduğu partiyanın öz nəzarətindən kənar, həm də başlıca hədəfləri uğrunda passiv mübarizə aparan rolda görmək istəmirdi. Bunun üçün 1 noyabr 2015-ci il seçkiləri öncəsi Davudoğlunun istəmədiyi Binalı Yıldırım və digər yaxın ətrafını yenidən partiyanın rəhbərliyinə gətirdi.

1 noyabr seçkiləri göstərdi ki, Ərdoğanın yenidən meydana çıxardığı köhnə kollektiv seçkinin nəticələrinin bir öncəki seçkidən ciddi şəkildə fərqlənməsinə gətirib çıxardı. Son olaraq, AKP sədrinin şəhər və rayon təşkilatlarının sədrlərini təyin etmə səlahiyyətinin alınıb, Mərkəzi İdarə Heyətinə verilməsi, ardınca "Pelikan” dosyasının açıqlanması Davudoğlu dönəminin bitdiyini göstərirdi. Elə baş nazirin son parlament çıxışında "vəda” sözləri də göstərirdi ki, artıq Davudoğlu dönəmi sona yaxınlaşır.

Bəs partiyaya kim sədr ola bilər?

Önə çıxan isimlər Binali Yıldırım, Mustafa Şentop və Bekir Bozdağdır. Ərdoğanın beynindəki isimin kim olduğu bilinməsə də, görünən odur ki, prezident daha çox texnokrat baş nazir istəyir, nəinki siyasi yüklü birini...

2014-cü ildə Davudoğlunun seçilməsində məqsəd də Hocanın daha çox texnokrat baş nazir olması ehtimalının güclü olması idi. Lakin xüsusilə, məsləhətçi ordusunun çalışmaları ilə Davudoğlu Ərdoğandan sonra partiyada yeni lider olaraq təqdim edilməyə başladı ki, bu da illərin AKP-lilərinin qəbul edəcəyi bir məsələ deyildi. Ərdoğanın baş məsləhətçisi Mustafa Akışın dediyi kimi, "Türkiyə=RTE=AKP”. Heç bir AKP-li üçün ikinci ehtimal müzakirə mövzusu deyil. Bu sadəcə AKP-yə məxsus bir halda deyil. Ərbakan vəfat edənə qədər sədrlər başqa da olsa, lider mübahisəsiz o idi. Siyasi ənənəyə görə, öz liderliyini elan etməyin yolu ya Qurultayda rəqib olub mövcud lideri məğlub etmək, ya da yeni partiya qurmaqdan keçir. Davudoğlunun qrupu Ərdoğansız bir AKP, Özal-Məsud Yılmaz modeli istəyirdilər. Lakin Ərdoğanın hədəfləri Özalla eyni olmadığı kimi bu münasibətlə razılaşacağı da gözlənilmirdi. Bu səbəbdən də Davudoğlu iqtidarı ancaq 20 ay davam edə bildi...

Bundan sonra nə olacaq?

Öncə olmayacaqları yazaq. Fəlakət olmayacaq. AKP parçalanmayacaq. Әrdoğansız AKP arzulayanlar artıq bu sevdadan birmənalı şəkildə vaz keçməyin vacibliyinə inanacaqlar. Partiyadan gedə biləcək böyük daşların (Gül, Arınc və s.) partiyadan getməsinin önünü kəsən olmayacaq. Çünki Әrdoğana rəğmən Davudoğlu onlarla dialoqunu itirməyib, partiyadan getmələrinin önünü kəsirdi. Artıq partiya 13 il əvvəlkindən daha çox Әrdoğana bağlı olacaq. Partiyanın başqanlıq sistemini tətbiq etmək yönündə fəaliyyəti güclənəcək...

Davudoğlu müxalifətə keçəcəkmi?

Yaxın gələcəkdə bu, mümkün görünmür. Özünün də bir neçə saat öncə dediyi kimi vəzifəni deyil, dostluğu seçəcək.


Araşdırmaçı-yazar : Aqil Ələsgər

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300