"Peşəkar mütəxəssis ölkədə kəmiyyət baxımından çox, keyfiyyət baxımında yox dərəcəsindədir"Azərbaycan hökuməti Azərbaycan təhilsinin avropa standartlarına uyğunlaşdırılmasına xüsusi maraq göstərmir.


 

Uluyol.info olaraq gənc fəal Nicat Quliyevin Azərbaycan təhsili barədə düşüncələrin öyrəndik:


 

 

Nicat bəy, bir gənc olaraq bu gün Azərbaycan gənclərinin təhsil almasını necə qiymətləndirirsiniz? Avropadan Azərbaycan təhsili necə görünür?

 

 

-İlk öncə bildirim ki, avropa təhsili ilə Azərbaycan təhsili müqayisə etmək çox qusurlu olardı..Bu gün elə bir dövrdür ki, insanları sovet dönəmində olduğu kimi diploma görə deyil, peşəkarlığına, bilik və bacarığına görə qiymətləndirirlər. Yəni, normal mütəxəssis və ya normal peşə təliminə yiyələnmiş texniki kadr kimi. Prosesə o tərzdən baxmaq lazımdır ki, biz hələ də sovet düşüncəsindən ayrılmayaraq diplom almaq həvəsilə yaşayırıq. Bu gün bizim cəmiyyətdə sanki bir dəb kimi hamı diplom əldə etmək eşqindədir. Buna görə də valideynlərin diktəsi, normal təhsil almaq iqtidarında olmayan gənclərin arzusuyla Rusiyada, Ukraynada peşəkarlıqdan və dünya təhsil səviyyəsindən kifayət qədər geri qalan Universitetlərdə gənclərimiz diplom növbəsinə dayanmışlar. Azərbaycanın özündə də ali təhsil almaq imkanları olduqca rahat ve standartlardan xeyli uzaqdır. Buna görə də peşəkar mütəxəssis ölkədə kəmiyyət baxımından çox, keyfiyyət baxımında yox dərəcəsindədir.


Hesab etmirsinizmi ki, Azərbaycaın təhsil sistemi üçün çox ciddi iradlar irəli sürürsünüz?Nicat bəy,sizcə gəncləri daha mütərəqqi vəziyyətə gətirmək üçün nələr etmək olar?

 

– Mən təhsil sistemi ilə yanaşı peşəyə yiyələnmə ilə bağlı da tənqidi fikir irəli sürə bilərəm. Deyilən fikirlər kifayət qədər əsaslıdır. Hökumət dünya standartlarına cavab verən Amerika və Avropada gənclərin təhsil almasına maraq göstərmir və bu istiqamətdə təbliğat aparılmır. Əksinə Ukrayna, Rusiya, Gürcüstan və s. ölkələrin ali məktəbləri ilə bağlı ciddi təbliğat həyata keçirilir. Çünki, adıçəkilən ölkələrdə təhsil almaq daha asandır və keyfiyyət olduqca aşağıdır. Ölkəmizdə isə orta məktəblər artıq sıradan çıxıb. Abituriyentlər repititor yanında hazırlıq keçirlər. Ali məktəbləri qurtaran gənclər isə olduqca zəif təsir bağışlayırlar. Bunu əslində hökumət özü də etiraf edir. Artıq bir neçə ildir ki, məktəblərə müəllimlər xüsusi attestasiyadan keçərək götürülürlər. Yəni Təhsil Nazirliyi özü verdiyi diplomun keyfiyyətinə şübhən ilə baxır. Azərbaycan hökuməti Azərbaycan təhilsinin avropa standartlarına uyğunlaşdırılmasına xüsusi maraq göstərmir.

 

Nicat bəy,sizcə gəncləri daha mütərəqqi vəziyyətə gətirmək üçün nələr etmək olar?

 

 – İlk növbədə siyasi hakimiyyət Avropa dəyərlərinə, orada olan təhsilə, peşəkarlığa diqqət yetirməlidir. Sadə bir misal deyim, Moldovadan, Gürcüstandan bütün göstəricilərə görə çox-çox öndə olan Azərbaycan demokratik dəyərləri qəbul etmədiyinə görə Avropaya sərbəst gedib-gələ bilmir. Amma adıçəkilən ölkələr vizasız gediş-gəliş imkanına malikdir. Bu isə orada olan gənclərin daha normal təhsil almasına və bacarıqlara yiyələnməsinə şərait yaradacaq. Bizim ali təhsilli və təhsili olmayan gənclər isə Rusiyanın qara bazarlarında xırda ticarətlə məşğul olurlar. Digər tərəfdən Avropa diplomlarına sahib olan gənclərin daha çox iş tapmaq şansı mövcudur.Dəyərləri stabil oldugu və insanların inkişaf etdiyi məkanlara üz tutmaq lazimdir. Rusiya ugursuzluqların məkanıdır.

 

Uluyol.info

 

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300