Ara Arutyunyan:
Aprelin əvvəllərində gedən hərbi əməliyyatlar zamanı işğal altındakı Ağdərə və Xocavənd rayonlarından qaçan minlərlə erməni Azərbaycan ordusunun yeni hücumundan qorxaraq geri qayıtmaq istəmir.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, onların bir qismi Şuşa və Xankəndində məskunlaşıb, ancaq qalanları orada da duruş gətirməyərək Ermənistana gedib.

Qaçanların əksəriyyəti Talış və Mataqis kəndlərinin, habelə Ağdərə şəhərinin qanunsuz məskunlaşdırılmış əhalisidir. Dağlıq Qarabağdakı qondarma erməni rejiminin onları geri qaytarmaq üçün göstərdiyi səylər isə deyəsən nəticə vermir. Ermənistan rəhbərliyi bu tendensiyadan ciddi narahatdır, çünki geri qayıtmaq istəməyən qaçqınlar Qarabağın işğal edilmiş yaşayış məntəqələrində uzun illərdir həyata keçirilməyə çalışan qanunsuz məskunlaşdırma siyasətinə sarsıdıcı zərbə vurur.

Qarabağdan qaçan ermənilər isə belə görünür ki, Ermənistan ordusunun bu əraziləri saxlaya biləcəyinə artıq əvvəlki kimi inanmırlar. Məlumatlara görə Qarabağdan qaçanlar Ermənistanda qohumlarının evlərinə sığınıb, ancaq hökumət onlara hər hansı yardım ayırmır və məcbur etməyə çalışır ki, geri qayıtsınlar.


Qondarma "DQR hökuməti”nin "baş naziri” Ara Arutyunyan dünən bu gün mayın 11-də Ağdərədə bir qrup erməni sakinlə görüşündə hərbi əməliyyatlar zamanı köçənləri evlərinə geri qayıtmağa çağırıb. "Mən Talış və Mataqis istisna olmaqla  bütün kənd icmalarının üzvlərini öz evlərinə geri qayıtmağa çağırıram. Çünki yeni təhdidlər üçün heç bir əsas yoxdur, situasiya nəzarətimiz altındadır. Sizi əmin etmək istəyirəm ki, bütün problemləriniz həll olunacaq”-qondarma "baş nazir” deyib.

Arutyunyan bildirib ki, geri qayıdanlara hər cür yardım göstəriləcək, evləri bərpa ediləcək. Onun sözlərinə görə, geri qayıtmaq və mümkün qədər tez bir vaxtda kənd təsərrüfatı işlərinə başlamaq lazımdır.

Xatırladaq ki, 4 günlük müharibə zamanı Azərbaycan ordusu Talış və Mataqis kəndlərini atəş altında saxlamaq imkanı verən yüksəklikləri ələ keçirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300