Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan,  "Quran motivləri əsasında hekayələr” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər iştirak ediblər.

 

Azərbaycan Yaradıcılıq Fondunun sədri, akademik Kamal Abdullayev müsabiqənin təşkil olunmasının əhəmiyyətindən danışıb, qeyd edib ki, müsabiqənin keçirilməsində müxtəlif qurumlar dəstək verib. K. Abdullanın sözlərinə görə, Yaradıcılıq Fondu Quran motivləri əsasında yazılmış hekayələrdən ibarət kitab nəşr edib və  kitabda 50-dən çox hekayə toplanıb.

 

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın multikultural ənənələrindən danışıb, müsabiqənin keçirilməsini din və ədəbiyyat dəyərlərinin ortaq nöqtəsi kimi yüksək qiymətləndirib. Komitə sədri İslam dəyərlərinin yaşadılması və gələcək nəsillərə çatdırılmasının vacibliyini xüsusi vurğulayıb.

 

Daha sonra müsabiqənin qalibləri elan olunub. Birinci yerə Mirmehdi Ağaoğlunun, ikinci yerə Elçin Aslangilin, üçüncü yerə isə Günel Eyvazlının hekayəsi layiq görülüb.

 

Qeyd edək ki, M. Ağaoğlu "APA Holding"ə daxil olan Kulis.az ədəbiyyat dərgisinin əməkdaşıdır. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300