Türkiyənin müdafiə naziri:

"Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsində Türkiyə Azərbaycana hər cür dəstək verməyə hazırdır”

"Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsində Türkiyə Azərbaycana hər cür dəstək verməyə hazırdır”.
 
APA-nın məlumatına görə, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz bu gün Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
 
İ. Yılmaz deyib ki, aqressivlik və işğal siyasəti heç vaxt uğur gətirə bilməz: Ermənistanın xalqının da sülhə və barışa ehtiyacı var. Sülhün necə əldə olunacağı da bəllidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllini tapmalıdır. Bundan başqa heç bir həll variantını Türkiyə dəstəkləməz, Türkiyə Azərbaycanın yanındadır”.
 
İ. Yılmaz bildirib ki, Azərbaycan öz hərbi gücünü artırmaq və müdafiə sahəsini gücləndirmək əzmində olan ölkədir: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycan qədər istəyir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının aradan qaldırılması və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsində Türkiyə Azərbaycana hər cür dəstək verməyə hazırdır”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300