​İraqın Müdafiə Nazirliyi: 3436 İŞİD terrorçusu məhv edilib
İraq Təhlükəsizlik Qüvvələri 2015-ci ilin əvvəlindən bu günə kimi ölkə ərazisində 3,5 minə yaxın İŞİD terrorçusunu məhv edib. 

"Report"un məlumatına görə, bu haqda ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Saad Maan məlumat verib.

Onun sözlərinə görə, İraq təhlükəsizlik qüvvələrinin bölmələri ölkədə 3436 İŞİD üzvünü, o cümlədən 232 snayperi məhv ediblər. 

İraq ordusunun rəsmisi qeyd edib ki, bununla yanaşı, iri kalibrli pulemyotların olduğu 165 CİP avtomobili məhv edilib və 200-dən çox partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib.

Xatırladaq ki, İŞİD terror qruplaşması 2014-cü ilin yayından İraqın şimalında hərbi əməliyyatlara başlayıb. İraq ordusunun iri miqyaslı uğurlarına baxmayaraq, terrorçular hələ də ölkə ərazisinin bir hissəsinə nəzarət edirlər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300