İranın dövlət televiziyasında Azərbaycan türklərinin iyrənc şəkildə təhqüir olunmasına qarşı noyabrın 12-də Xiyavda (Meşkinşəhrdə) tutulan dinc fəal Beytullah Bərzigər noyabrın 15-dən başlayaraq saxlandığı Xiyav həbsxanasında aclıq aksiyasına başlayıb.
 

      Noyabrın 12-də fars rassizm və irqçiliyinə qarşı Xiyavda keçirilən kütləvi aksiyada tutulan fəal Beytullah Bərzigər, qanunsuz həbsinə və zindan məmurlarının məhbus azərbaycanlılara qarşı zorakılığına etiraz olaraq aclıq aksiyası keçirmək qərarına gəlib. Fəala yaxın mənbələrin bildirdiyinə görə, Xiyav zindanında saxlanan adi məhbuslar da azərbaycanlıların dövlət televiziyasında təhqir edilməsi xəbərini eşidəndən sonra etiraza qalxıblar.Son məlumatlara əsasən, hazırda Xiyav həbsxanasındakı vəziyyət gərgindir.

 

  Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan "Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.

Noyabrın 9-da İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçılığına qarşı etiraz yürüşləri keçiriblər. Təbriz və Urmiyada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb.  

 

Hadisədən bir həftə keçməsinə baxmayaraq azərbaycanlıların etiraz aksiyaları hələ də davam edir.(GÜNAZ.TV)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300