gurcu-nazir
Ölkələr arasında bu formatda keçirilən dördüncü görüşdə Anlaşma Memorandumunun imzalanacağı barədə yekun qərar qəbul olunub.
 
Bu sözləri Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Qəbələdə keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə bildirib.
 
"Ölkələr arasında münasibətlərin təməli 25 il əvvəl qoyulsa da, sənədin imzalanması bizə daha müfəssəl əməkdaşlığın həyata keçirilməsi üçün böyük zəmin yaradacaq”, – deyə, gürcü nazir bildirib.
 
Xidaşeli həmçinin Azərbaycan və Gürcüstanın dövlət müstəqilliklərinə göstərdiyi dəstəyə görə Türkiyə Cumhuriyyətinə öz minnətdarlığını bildirib.
 
NATO və Gürcüstan əməkdaşlığından danışan nazir qeyd edib ki, ötən ilin avqustunda NATO və Gürcüstan birgə qiymətləndirmə mərkəzi açıblar:
 
"Bu mərkəz tam həcmdə fəaliyyət göstərir və biz Azərbaycan tərəfini keçirilən tədbirlərə dəvət etmək istərdik ki, ölkəniz Gürcüstan kimi NATO-nun tam bir paketindən faydalana bilsin”.
 
Hazırda Gürcüstanda ABŞ və Böyük Britaniya hərbçilərinin təlimindən danışanXidaşeli ölkəsinin gələcəkdə bu tədbirləri mütəmadi olaraq, Fransa, Almaniya, Türkiyə və Azərbaycan hərbçiləri ilə keçirəcəyini qeyd edib.
 
"Gürcüstan öz tərəfdaşlarını bu tədbirlərdə görməkdən şad olardı”, – deyə, o, bildirib.
 
Gürcü nazir onu da qeyd edib ki, ölkəsinin keçirdiyi tədbirlər heç kimə qarşı yönəlməyib:
 
"Təlimləri keçirməkdə məqsədimiz müttəfiqlərimizi, dostlarımızı dəvət etmək, regionda sülhə və sabitliyə nail olmaq, iqtisadi inkişafa yönəlmiş sabit qonşuluq siyasəti aparmaqdır”, – deyə, o, bildirib (Moderator.az).

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300